Pyotr Zalmayev, Linkoln Mitçell
“Əl-Cəzirə”
Bu yaxınlarda tamamlanan Münhen Təhlükəsizlik Konfransında ən çox maraq doğuran insanlardan biri Gürcüstanın sabiq prezidenti və Odessanın eks-valisi Mixail Saakaşvili idi.Saakaşvili artıq heç bir ölkənin dövlət başçısı, yaxud qubernatoru və hətta Gürcüstan vətəndaşı deyil, lakin cazibədar fiqur və haqqında ehtiyatlı danışılacaq nağıl qəhrəmanı kimi qalır.
O, Gürcüstanda aşağı səviyyəli korrupsiyaya qarşı mübarizəsi və Rusiya əleyhinə şiddətli ritorika ilə bağlı uzun illər boyu Qərbin sevgisini qazanıb. Yaxın vaxtlara qədər ingilis dilində doğma dili qədər səlis danışan bu adam 2012-ci ildə partiyasının parlament seçkilərində məğlubiyyətindən sonra, 2013-cü ildə Gürcüstanda vəzifə müddətinin uzadılmasına qarşı çıxaraq tutduğu kürsünü təhvil verib.
Prezident postunu itirdikdən bir il sonra, 2014-cü ildə o, Ukraynada prezidenti seçilən Petro Poroşenko ilə əlaqəsi əsnasında Ukrayna hökumətində məsləhətçi, daha sonra Odessa əyalətinin qubernatoru təyin olunub. Ancaq Odessada Saakaşvili artıq Gürcüstanı çox dəyişən və yeni vəzifəsində çox işin öhdəsindən gələ bilməyən zirək islahatçı deyildi.
2016-cı ilin sonlarında Saakaşvili Odessa şəhərindəki vəzifə kürsüsünü boşaldıb və diqqətini siyasi karyerasına yönəldib. Bu yolun ağına düşən istənilən siyasətçi, alim və ya fəal kimi, Saakaşvili də Poroşenkonu korrupsiyada və Kremlin kuklası olmaqda ittiham edərək şifahi hücumları son həddə qədər davam etdirib.
Bu, Saakaşvilinin tərifi idi və artıq heç bir işə yaramayıb. Poroşenko Saakaşvilini Ukraynalı vətəndaşlığına son qoyub, lakin bir neçə aydan sonra Saakaşvili lazımi sənədlər olmadan belə Ukraynaya qayıdıb və həbs olunub, sonra azad edilib və daha sonra, bu ayın əvvəlində ən qəribə duruma düşüb.
Fevralın 5-də Ukraynanın Apellyasiya Məhkəməsi Saakaşvilinin Ukraynada qaçqın statusunu ləğvi edən qərar çıxarıb. Saakaşvili Ukraynadan Hollandiyaya, arvadının vətəninə yollanıb.
“Saakaşvili dastanı” ətrafında davam edən dram və qəribəlik mühüm bir reallığa kölgə sala bilər. İki il bundan əvvəl Saakaşvili və tərəfdarları tezliklə iki ölkədə – Gürcüstan və Ukraynada iqtidara gələcəklərini bəyan ediblər; bu gün həmin ölkələrdə demək olar ki, heç bir əlaqəsi olmayan, daha çox təhqir olunmuş və daha çox zərərli fiqur kimi çıx-daş olunublar.
Gürcüstanda onun siyasi partiyası rəqib qruplara bölünüb, onlardan heç biri ciddi səs ala bilmir və heç bir real hakimiyyətə malik deyil. Ukraynada Saakaşviliyə dəstək iki və ya üç faizdən yuxarı deyil. Son aylarda orada keçirdiyi mitinqlərə ümumən bəzən 5 min nəfərdən daha az adam toplaşıb.
Saakaşvilinin Ukraynada korrupsiya ilə əlaqədar daimi həyəcan təbili yanlış siqnal deyil, çünki bəzən həddindən yüksəkdir və ümumiyyətlə, illərdən bəri təlatümlərlə üzləşən əhali ilə rezonanslaşmır. Ukraynalılar həqiqətən hökumət və islahatların sürətindən məyus olub, lakin bu, onların həmişə Saakaşvili markasının bir hissəsi olan populyarlıq, qeyri-sabitlik və qeyri-adekvat liderə qucaq açmağa hazır olduqları mənası vermir.
Ukraynada Saakaşvili çox ağır ittihamla üz-üzə gəlib, onu sabiq prezident Viktor Yanukoviçin ən bədnam fırıldaqçılarından birindən maliyyə almaqda suçlayıblar. Yaxın köməkçilərindən birinin pul sahibinin elçisindən bir neçə yüz min dollar alması videoya istinadən iddia edilib.
Bu iş məhkəmədə araşdırılmayıb, Saakaşvili Yanukoviçlə hər hansı bir əlaqəni inkar edib, lakin ittiham və sübutları asanlıqla kənara atmaq olmaz.
Saakaşvilinin davamlı sərt anti-Rusiya ritorikasına baxmayaraq, demək olar ki, Rusiya və ondan kənarda heç kim Saakaşvili qədər Ukrayna dövlətini Qərbdə gözündə gözdən salmağa çalışmır, onun qədər qeyri-sabitlik toxumlarını səpmir.
Münhen Konfransında Saakaşvili vaxtının çox hissəsini Ukraynanın hökumətinə şifahi hücumlar etmək, ona fırıldaqçılar və oğru damğası vurmaq, Qərb maliyyə institutlarının verdiyi dəstəyə pozmağa sərf edib. Ukraynada onun "Svoboda" Partiyası və “Azov batalyonu” kimi ifrat sağçı və ksenofob qüvvələrlə ittifaq qurmağa cəhd göstərməsi də unudulmamalıdır. Həmçinin, parlamentin qarşısındakı çadır düşərgəsində açıq antisemit şüarlar olan plakatlar və afişalar…
Böyük siyasi tabloda Saakaşvili artıq əhəmiyyətli fiqur ola bilməz. O, vacib bir vəzifə tutmur, Gürcüstanda və Ukraynada davamlı fədakarlıq göstərmir və ümumiyyətlə son illərdə Qərbin rəğbətini itirib.
Saakaşvilinin son seçki zəfərindən on il vaxt keçib, aqressiv və uğurlu islahatçı olduğu illərdən daha da uzaqlaşıb; demokratik vədlərdən ürküdücü yarıavtoritar trendə meyllənib və Qərb siyasətçiləri siyasi müştəri kimi ondan imtinaya hazırdır.
Bir zamanlar Saakaşvili qlobal demokratik layihəsi üçün ümid idi, amma bu gün həmin markanı doğrultmur.
19-cu əsrin amerikalı şairi Con Qrinlif Uittier deyirdi ki, ingilis dilində ən kədərli sözləri "bəlkə də bu olub"dur. Bu gün Saakaşvilinin barədə düşünərkən həmin sözlər Amerika dialektində səsləndiyitək yada düşür: "şoulda, coulda, woulda".
Tərcümə: Strateq.az
Tarix: 21-02-2018, 13:48