“Hər bir vəzifədən getmiş eks məmurlar ən azı zəng edib, öz köməkliklərini təklif edirlər. Onların bəziləri müyyən sahələrdə də iştirak edirlər. Azərbaycanda elə bir adam yoxdur ki, ondan düşmən obrazı yaradasan. Çünki eyni quruluş və eyni sistemdir. İndi işində nöqsanı olub vəzifəsindən kənarlaşdırılıb. Vəzifə əbədi deyil ki? Veriləndə yaxşı idi, çıxarılanda pis?”
Moderator.az bildirir ki, bu sözləri Unikal.org-a müsahibəsində YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib. Siyavuş Novruzovun sözlərinə görə, bu gün o adamlar işdən çıxarılıbsa, o demək deyil ki, heç bir işlə məşğul ola bilməzlər: “Onların bəziləri müəllim işləyir və bəziləridə digər sahələrdə çalışırlar. Həzrəti Əli 25 il ağac əkdi, yol, su çəkdi, quyu qazdı və sonda gəldi xəlifə oldu”.