ABŞ-ın “Pew Research Center” sosioloji təşkilatı Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində antisemit ovqatın (yəhudilərə qarşı dözümsüzlüyün) həddini öyrənmək üçün sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğu bir il müddətində – 2015-ci ilin iyunundan 2016-cı ilin iyulunadək aparılıb.
Nəticədə antisemitizmin ən yüksək həddinin Ermənistanda olduğu üzə çıxıb. Sorğu zamanı aydınlaşıb ki, Ermənistan əhalisinin 32%-i yəhudiləri öz vətəndaşları arasında görmək istəmir.
Antisemitizmin səviyyəsinə görə ikinci və üçüncü yerlərdə Litva (23%) və Rumıniya (22%) gəlir.
Sonrakı sıralama belədir: Çexiya (19%), Polşa (18%), Yunanıstan (16%), Rusiya və Macarıstan (hər biri 14%), Gürcüstan və Moldova (hər biri 13%), Estoniya (10%).
Araşdırma zamanı antisemitizmin ən aşağı həddi Ukraynada (5%), Serbiyada və Bolqarıstanda (hər biri 7%), Bosniya və Herseqovinada (8%), Xorvatiyada və Latviyada (hər biri 9%) qeydə alınıb.