Sıralarımızda əqidəsizlər çoxdur- YAP SİYASİ ŞURASININ ÜZVÜNDƏN SENSASİON AÇIQLAMALAR




 

Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı, İki çağırış Milli Məclisin deputatı olmuş YAP Siyasi Şurasının üzvü Musa Musayev hakimiyyətdə vəzifə tutan bir sıra şəxslər haqqında ağır ittihamlar səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, Musa Musayev Avropadan hakimiyyət rəhbərliyi ünvanına söyüş söyən şəxslərin həmin adamlar tərəfindən maliyyələşdirildiyini deyib.

“Son zamanlar xarici dövlətlərdə yaşayan bəzi “vətəndaşlarımız” Cənab Prezidentimizə və onun ailə üzvülərinə, ULU ÖNDƏRİMİZA qarşı xoşa gəlməyən, insanlığa zidd olan, mənəviyyatımıza xələl gətiran çıxışlar edirlər və bu görüntüləri yayımlayırlar. Bu birinci və axırıncı hal deyil.B u kimi hallar 2003-cü ildə Ulu Öndər Heydər Əliyev nasaz olduğu vaxtlarda da mətbuat səhifələrində, qəzetlərdə çap olunurdu

Millət Vəkili kimi Parlamentin tribunasından dəfələrlə çıxış edərək bəyan edirdim ki, bu qara qüvvələrin arxasında dayananlar bizim iqtidarda olan və hakimiyyətdan uzaqlaşdırılan bəzi şərəfsiz və nadanlardır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bir neçə partiya dəyişmiş, əqidəsini dəyişmiş, mövqeyi bəlli olmayan bəzi nadanlar bu gün də bizim sıralarımızdadırlar. Onların bəziləri yüksək vəzifədə, parlamentda, güc strukturlarında, mətbuatda və sair yerlərdə təmsil olunurlar. Üzləri maskalanmış yaramaz və şərəfsizlərlə qurtarmağın vaxtı gəlib çatıb. Ulu Öndərimizin və Cənab Prezidentimizin verdiyi çörək burnunuzdan gəlsin”.

Musa Musayev sonda onu da əlavə edib ki, yaramaz insanlarla,mövqeyi bilinməyən kadrlarla vidalaşmağın vaxtıdır: “ Mən əminəm ki, Prezident seçkisindan sonra bütün bu kimi məsələlər öz həllini tapacaq. Düşməni kənarda deyil, öz içərimizdə axtarmaq lazımdı”.

Tarix: 1-04-2018, 23:05
Xəbəri paylaş





Xəbər lenti