Yeni komandada kimlər qalacaq? - “Böyük, ciddi islahatlar gözlənilir”


Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra hökumət istefaya göndəriləcək və yenidən formalaşacaq. Yeni hökumətlə bağlı müxtəlif fikirlər var. Fikirlərdən çoxu kadr dəyişikliyinin olacağı istiqamətindədir. 

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün mətbuata müsahibəsində bu barədə danışıb. 

"Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq. Bilirsiniz ki, bütövlükdə hökumət istefaya gedir və yenidən formalaşır. Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yenidən təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq”, - deyə millət vəkili qeyd edib. 

Deputat Fazil Mustafa BakuPost-a açıqlamasında xatırladıb ki, hökumətin seçkidən sonra istefaya getməsi konstitusiya ilə tənzimlənir və belə də olmalıdır. O, hansı nazirin yeni hökumətdən kənarda qalacağı ilə bağlı dəqiq nəsə deməyin mümkün olmadığını deyib: "Hansı nazirin dəyişib-dəyişməyəcəyi məni ciddi maraqlandırmır. O baxımdan ki, bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Mənim arzularımla da bu məsələ həllini tapmır. Yaxşı olardı ki, söhbət kadrların yox, müəyyən prinsiplərin dəyişməsindən gedərdi. Həqiqətən də iqtisadi islahatlara rəvac verə biləcək addımlar atılardı. İndiki məqamda isə nəyin necə olacağını söyləmək mürəkkəbdir. Açığı, mənə bir o qədər aydın deyil ki, hansı keyfiyyətə görə hansı yerdəyişmələr baş verəcək”.
 
ÐаÑÑинки по запÑоÑÑ fazil mustafa

Buna baxmayaraq, F. Mustafa seçkilərdən sonra böyük və ciddi islahat havasının müşahidə oluna biləcəyini deyib: "Qurumların birləşdirilməsi və ya ləğvi ilə bağlı rasional hansı addımların atılmasını proqnozlaşdırmaqda çətinlik çəkirəm. Bununla bağlı bizim Milli Məclisdə dəfələrlə çıxış və təkliflərimiz olub. Amma bunların nəzərə alınacağını düşünmürəm. Prezident seçiləndən sonra ola bilsin ki, böyük, ciddi bir islahat havası olsun. Çünki Azərbaycanın buna ehtiyacı var. Bir çox məsələlərdə, xüsusilə də iqtisadiyyatın müəyyən dərəcədə idarəetmə formasının dəyişməsinə ehtiyac var.
 
Sahibkarların müəyyən buxovdan xilas edilməsinə ehtiyac var. Söhbət sahibkarların təşəbbüs azadlığının əngəllənməsindən, monopoliyanın ən yayğın formada olmasından gedir. Bunlar aradan qaldırılarsa, nə isə etmək olar. Yəni, idarəetmə prinsipini dəyişdirmək olarsa, o zaman kadr dəyişikliyi də bir əhəmiyyət kəsb edəcək. Bu olmazsa, hansısa kadrın gəlməsi mənasızdır. Bəzən yaşlı-cavan kadr məsələləri barədə müzakirələr olur. Heç olmazsa, yaşlı kadrlara nəyisə izah etmək, fikir olaraq çatdırmaq daha rahatdır, nəinki yeni, cavan sayılan kadra”.  

Vətəndaş və İnkişaf Partiyasının sədri də seçkisonrası baş verə biləcək islahatlardan danışıb. O, BakuPost-a açıqlamasında hökumətin həm strukturunda, həm də tərkibində dəyişiklik olacağını düşündüyünü deyib: "Siyavuş Novruzov deyib ki, qənaətbəxş fəaliyyət göstərməyən şəxslər yeni hökumət üçün təsdiq olunmayacaq. O, növbədənkənar seçkinin gözlənilmədiyini də demişdi. Nə olsun demişdi?

Sona qədər nəyin baş verəcəyini heç bir məmur bilmir. Baxmayaraq ki, Siyavuş müəllim prezidentdən bilavasitə göstəriş-təlimat alan şəxsdir. Ancaq onun da verdiyi proqnozlar özünü doğrultmur. 

Mən də hesab edirəm ki, hadisələrin gedişi hökumətin həm strukturunda, həm də tərkibində dəyişiklik olacağını göstərir. Lakin bu prosesin gedişi yenə də daxili müqavimətdən asılı olaraq dəyişəcək. Çünki köhnə, oturuşmuş, proseslərə nəzarəti uzun illər əlində saxlayan qrupun islahatlara getmək istəyinin olmaması göz önündədir. Siyavuş bəyin də belə müsahibə verməsi göstərir ki, hakimiyyət lap yüksək səviyyədə digərlərinə mesaj verir ki, psixoloji baxımdan hazır olsunlar”. 
 
ÐаÑÑинки по запÑоÑÑ Éli Éliyev

Ə. Əliyev hesab edir ki, debatlarda hansısa kadrların "vurulması” da bu hazırlıq prosesinin tərkib hissəsi ola bilər:"Ad çəkilməkdə təbliğat mərhələsində verilən bəyanatların tapşırıqla olması ehtimalı yüksəkdir. Çünki əgər prezidentliyə namizəd qərəzli deyilsə və hakimiyyətə bütöv şəkildə baxırsa və gələcəkdə özü alternativ olaraq nəsə formalaşdırmaq istəyirsə, mövcud komandanın fərdlərinə deyil, komandaya bütövlükdə tənqid yağdırmalıdır. Lakin uzun illər seçkilərin dəyişməz personajı olan Hafiz Hacıyev zaman-zaman müxtəlif məmurların adını çəkib. Burada isə subyektibv amillər daha çox görünür. Adını çəkdiyi şəxslərdən biri "Qaçqınkom”un sədri Əli Həsənovdur. Lakin nəzərə almaq lazımdir ki, Əli Həsənovun tutduğu post o qədər də strateji post deyil. Baxmayaraq ki, qaçqınların sosial problemləri ilə məşğuldur, sadəcə olaraq həlledici post kimi dəyərləndirilə bilməz”.
 
Nigar
Tarix: 2-04-2018, 21:31
Xəbəri paylaş





Xəbər lenti