Mahmudov, Abbasov, Məmmədov hakimiyyətə qarşı birləşib?


Üç sabiq nazirin xaricdəki narazı mühacirlərlə əlaqələri olduğu haqda iddialar var

Azərbaycan hakimiyyəti xaricdən yönələn hücumların kimlər tərəfindən aparılması istiqamətində araşdırmalara başlayıb. Belə bir vaxtda hücumlara yön verənlərdən biri kimi baş nazirin sabiq birinci müavini, hazırda xaricdə yaşayan Abbas Abbasovun adı hallanmağa başlayıb. Onun adı rəsmi şəxslərin dilindən də neqativ planda hallanıb, müxtəlif tədbirlərdə hücumların Abbas Abbasov tərəfindən yönləndirilməsinə eyham vurulub.

Abbas Abbasovun adı ötən prezident seçkisi öncəsi hakimiyyətə qarşı planlarda mərkəzi fiqurlardan biri kimi hallanır. Məsələn, prezidentin köməkçisi Əli Həsənov bu günlərdə bildirmişdi ki, 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana qarşı təzyiqlər olub. O, xüsusi olaraq vurğulayıb ki, həmin qüvvələr yenidən aktivləşib.

Abbas Abbasovun həmin çevrənin öncüllərindən olması kimsəyə sirr deyil. İndiyə qədər bu haqda kifayət qədər yazılar dərc olunub. Onun 2013-cü ildə prezident seçkiləri öncəsi “Milyarderlər ittifaqı”nda hakimiyyətə qarşı fəaliyyətin yada salmaq kifayətdir. Baxmayaraq ki, Abbas Abbasov bu haqda yazılanların həqiqət olmadığını cidd-cəhdlə sübut etməyə çalışır. Bu məsələlərdə onun yaxın silahdaşı, keçmiş nəqliyyat naziri Ziya Məmmədov da yada düşür. Birgə biznes fəaliyyətləri, siyasi maraqları üst-üstə düşən fiqurlar olaraq Abbasovla Məmmədovun iqtidar komandasından dışlanması səbəblərindən biri də onların xariclə əlaqələrindən qaynaqlanırdı.

Ä°lgili resim

Yada salaq ki, Azərbaycanda vəzifələrini itirəndən sonra əvvəl Abbas Abbasov özü, ardınca isə oğlu Aydın Abbasov  ölkədən getdilər. Nəqliyyat naziri postundan uzaqlaşdırılan Abbasovun silahdaşı Ziya Məmmədovun oğlu Anar Məmmədov da ölkədən gedib. Aydın Abbasov Türkiyədə məskunlaşsa da, Rusiya ilə sıx əlaqələri haqda bilgilər var. Anar Məmmədovun isə İngiltərədə məskunlaşdığı deyilir. 2015-ci ildən onun ailəsi ilə birgə ölkədən getməsi xəbərləri dolaşır. Onun Azərbaycanda olarkən rəhbərlik etdiyi ailə şirkəti “Garant Holdinq”i   ərəblərə satması haqda da məlumatlar var.

Əllərində böyük maliyyə olan “vurulmuş” 2 məmurun övladlarının atalarına istənilən işdə dəstək vermələri  şübhə doğurmur. Müxtəlif mənbələr də bu iddiaların yaşamaq hüququnun olduğunu qeyd edirlər. Abbas Abbasovun oğlu Aydın Abbasovun Avropadakı mühacirlərin narazı kəsimi ilə əlaqələrinin olduğu deyilir. O cümlədən  Ziya Məmmədovun oğlu Anar Məmmədovun da hazırkı hakimiyyətdən çox ciddi narazılığının olması  barədə iddialar var. Bildirilir ki, Ziya Məmmədovun hakimiyyət komandasından uzaqlaşdırılması Məmmədov klanını çox qəzəbləndirib. Onlar hər fürsətdən istifadə edib Azərbaycan hakimiyyətinə badalaq vurmağa hazırdırlar.

Anar MÉmmÉdov ile ilgili görsel sonucu

İllər öncə Anar Məmmədov “Azərbaycan Amerika Alyans”ı yaradaraq Azərbaycan hakimiyyətinə lobbiçilik fəaliyyəti ilə dəstək verməsi görüntüsü yaratmağa nail olmuşdu. O dövrdə də hər kəsə bəlli idi ki, əslində Anar Məmmədov daha çox mənsub olduğu klanın lobbiçiliyini edir. Hazırda həmin fəaliyyət dövründə qazanılan təcrübədən Azərbaycan hakimiyyətinə qarşı istifadə edilməsi haqda bilgilər var.  Ümumilikdə Anar Məmmədov emosional, siyasi hesablamaları olmayan bir gənc kimi xarakterizə olunur. Erkən cavanlığı dövründə bir restoranda ayını kəsdirib kabab çəkdirməsi ilə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə gələn Anar Məmmədovun sonrakı addımları da diqqətdən kənar qalmadı. Donald Tramp ABŞ prezidentliyinə namizəd olarkən Anar Məmmədov tələm-tələsik özünün nəzarətindəki saytlarda yazılar dərc etdirməyə başladı. Həmin yazıların əsas qayəsi Məmmədovlarla Trampın, onun ailə üzvlərinin yaxınlığını ortaya qoymaq idi. Donald Tramp ABŞ prezidenti seçilər-seçilməz Anar Məmmədovun sifarişi ilə yayınlanan “şıltaq” məqaləsi atası, o dövrdə nazir olan Ziya Məmmədova böyük zərbə oldu. Oğul Məmmədovun emosional, tələskən davranışı atasının kreslosunun ixtisara salınması ilə nəticələndi.

Hazırda dünyanı idarə edən, xüsusilə Qafqaz regionunda toqquşan güc mərkəzləri ilə sıx əlaqələri olan Abbasovla Məmmədovun övladları hakimiyyətə qarşı addım ata bilərlərmi? 

Eldar Mahmudov ile ilgili görsel sonucu

Azərbaycan mühacirətinin narazı kəsimi ilə əlaqə qurub məlumat axınını təmin edə bilərlərmi? Əlbəttə ki, onlar hakimiyyətin mübhəmlərinə Eldar Mahmudov qədər bələd deyillər. Eldar Mahmudov 11 ilə yaxın hakimiyyətin içində olaraq elə bir struktura rəhbərlik edib ki, istəməsəydi belə, əlinin altına qalaq-qalaq informasiya toplanacaqdı.

Onu da Abbas Abbasov, Ziya Məmmədov kimi vurub hakimiyyət “gəmisi”nin göyərtəsindən kənar qoyublar. Mümkündür ki, Eldar Mahmudov da hazırda xaricdən səslənən, dilə gətirilən informasiyaların narazı mühacir kəsiminə axınını təmin edib. Onun özü kimi hakimiyyətdən narazı məmurlar Abbasov və Məmmədovla maraqlarının indiki mərhələ üçün birləşdirməsi də istisna deyil. 10 gün sonra prezident seçkiləri keçiriləcək və nəticədən asılı olmayaraq həqiqətlər də üzə çıxacaq.(“Yeni Müsavat”)


Tarix: 3-04-2018, 09:28
Xəbəri paylaş





Xəbər lenti