ERMƏNİLƏR LUKAŞENKONU ŞANTAJA BAŞLADILAR:"Sarukyanın dostu düşməni silahlandırır" – TƏHLİL



Qarnik Gevorkyan

ru.1-in. am (Ermənistan), 12.06.2018

 

Azərbaycanın keçən ilin sonunda aldığı 10 ədəd “Polonez”  reaktiv yaylım atəşi sistemi (RYAS) dünən Bakıda Azərbaycan prezidenti İlham Əliyevə böyük təntənəylə təqdim olunub. “Polonez” sistemi nişan mənzili planında Rusiyanın, yeri gəlmişkən, Azərbaycanın çoxmilyonluq silah alqısı müqaviləsi çərçivəsində Rusiyadan əldə etdiyi  “Qasırğa”sından daha təhlükəli sistemdir.

Bu sistemlərin Bakıda dünənki təqdimatının bir neçə təyinatı və ünvanı var.

Birincisi, dünən Almatada Ermənistan xarici siyasət idarəsi başçısı Zöhrab Mnatsakanyanın da qatıldığı KTMT-yə üzv ölkələrin XİN başçılarının görüşü olub. Azərbaycan hökuməti “Polonez”lərin dünənki təqdimatıyla göstərir ki, heç bir hərbi-siyasi bloka üzv olmamaq silah əldə etməkdə onun üçün maneə deyil.  Ermənistan və Belarus, Ermənistan və Rusiya kimi, KTMT üzvüdür, lakin hərbi-siyasi müttəfiqlik müttəfiqlərimizin bizim düşmənimizə silah satışı məsələsində faktiki olaraq hər hansı maneə olmamağı davam etdirir.

“Polonez” sistemlərinin dünənki nümayişi başqa bir məqsəd də izləyir.Azərbaycan son həftə ərzində Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində yetərincə müntəzəm əməliyyatlara əl atır.Azərbaycan tərəfi bu istiqamətdə öz mövqelərini kifayət qədər irəlilədib və təbliğat meydanında Ermənistan ərazilərinin tutulduğu haqda dezinformasiya yaymağı davam etdirir, iyunun 10-da isə Qarabağda növbəti dəfə erməni əsgəri öldürülüb.

Yəni Azərbaycan göstərmək istəyir ki, KTMT, Ermənistanın KTMT-yə üzvlüyü onun hətta Ermənistan Respublikası istiqamətində hərbi əməliyyatlara başlamasından ötrü əsla “dəli köynəyi” deyil.Azərbaycan Naxçıvan istiqamətində KTMT-ni sınayır və bu sınaqlar hələlik uğurla gedir: KTMT hətta bəyanat səviyyəsində də susur, KTMT-nin görkəmli üzvlərindən biri isə Azərbaycana silah tədarük edir.

Bu, ən şübhəli olmasa da, ən problemli və indiyədək həll edilməmiş məsələlərdən biridir. Hələ köhnə hakimiyyətin idarəçiliyi dönəmində hətta Serj Sərksiyan səviyyəsində birinci növbədə Rusiya silahının Azərbaycana tədarüküylə bağlı narahatlıq səsləndirilib. Lakin bu səslənişin tətbiqi əhəmiyyəti olmayıb, çünki silah satıcıları eyni tərzdə hərəkəti davam etdirib, ən yaxşı halda parlament diplomatiyası və yaxud ekspert səviyyəsində təəssüf sözləri ifadə ediblər.

İndi isə eyni şey AİB və KTMT üzrə başqa müttəfiqimiz – Belarusla bağlı  baş verir. Və rəsmi İrəvanın çox ehtimal ki,  Zöhrab Mantsakanyan tərəfindən Almatada səsləndirilən  narahatlığı yenə də heç bir rol oynamır. Ermənistan diplomatiyası bu məsələdə etirafçı rolunda çıxış edir: növbəti silah partiyası satışı baş verir, Ermənistan diplomatiyası bundan sonra etiraz notası kimi, yaxud başqa formatda narahatlıq ifadə edir, lakin silah satışı postfaktum etibarsız elan edilmir, Azərbaycana göndərilən partiyalar geri çağırılmır.

Aydındır ki, Ermənistan diplomatiyası bizim üçün həyati önəm kəsb edən bu məsələdə yeni, önləyici strategiya ilə çıxış etməlidir: artıq baş tutmuş silah satışını pisləməklə deyil, gələcəkdə bu satışların qabağını almaqla. Əlbəttə, bu, Avrasiya tərəfdaşlarımızın ikili və prinsipsiz siyasəti nəzərə alınmaqla yetərincə qəliz vəzifədir – xüsusən də Rusiya ilə bağlı: Rusiya hər iki tərəfə silah satmaq yoluyla yönəldilən münaqişəni saxlamaq taktikasını sürdürür.

Belarusla bağlı halda isə onun liderinin Əliyevlə şəxsi münasibəti var və s. Lakin bu, Ermənistanla Azərbaycan arasında hərbi tarazlığın sonrakı pozulmasına yol verməmək üçün görulməli olan işdir.

Xarici siyasətin nəticələrinin kəmiyyət ölçüsü, demək olar, mümkün deyil, keyfiyyət ölçüsü yetərincə mürəkkəb məsələdir. Amma mümkünsüz deyil. Məsələn, baş nazir Nikol Paşinyan Xarici İşlər Nazirliyinin işinin dəyərləndirilməsi kriteriyası kimi , ən azı, tərəfdaşımız  ölkələr tərəfindən Azərbaycana silah satışının qarşısının alınmasını müəyyən edə bilər – məsələn, hüquq-mühafizə orqanlarının işinin dəyərləndirilməsi kriteriyası kimi “1 Mart işi”nin açılmasını müəyyən edib. Necə potensial silah satıcısı ölkə tərəfdən silah satışının qarşının alınması, XİN-in işini nə qədər effetktli saymaq mümkün olduğu. Təbii, bu, XİN-in fəaliyyətinin dəyərləndirilməsində yeganə kriteriya deyil, lakin bu bizim üçün strateji önəm kəsb edən məsələyə aid olduğundan onu ən önəmlilərindən biri saymaq olar.

Nəhayət, vəsait kasadlığı olan Ermənistan üçün təkcə öz cəbbəxanasını doldurmaq deyil, həm də imkan daxilində düşmənimizə silah satışını önləmək mühümdür.  Azərbaycanın əldə etmədiyi hərbi hücum sistemi bizim üçün, demək olar, ona qarşı duran müdafiə sistemininin əldə edilməsinə bərabərdir.

Belə ki, Azərbaycana silah satışının qarşısının alınması Ermənistan XİN-in prioritetlərindən biri olmalıdır.

Konkret olaraq Belarusun “Polonez” sistemlərinə gəlincə, onun Azərbaycana satışı məsələsində həm də hansısa bir daxili-siyasi lay, yaxud komponent var. Məlum olduğu kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Sarukyanın yaxın dostudur. Hər halda, bu, uzun illər boyunca belə təqdim olunub və məsələn, Belarusun Ermənistandakı səfirliyi – bu dostluğun əlaməti kimi – Avan-Arinçdə Sarukyanın malikanəsinin yanında yerləşir.Lukaşenko Azərbaycan silah sataraq təkcə KTMT xətti üzrə Ermənistanla müttəfiqlik münasibətlərini deyil, həm də Qagik Sarukyanla dostluğunu pozur. Çünki belə çıxır ki, Sarukyanın dostu Sarukyanın və Ermənistanın düşmənini silahlandırır.

Tərcümə Strateq.az-ındır.  

Tarix: 12-06-2018, 20:22
Xəbəri paylaş





Xəbər lenti