İcra başçısının qanunsuz işləyən daş karxanalarını Ekologiya nazirliyi "VURDU" - "Günay" MMC-yə yazılan 1 milyonluq cərimənin DETALLARI
Heç kimə sirr deyil ki, hansısa icra başçısının uzun illər eyni rayonda çalışması istər-istəməz müəyyən durğunluğa, passivliyə gətirib çıxarır. Bu baxımdan icra başçılarının yerdəyişməsi yerli idarəçiliyin effektivliyini artıran amil kimi nəzərdən keçirilməlidir ki, kadr yerdəyişməsi zamanı passivlik və yarıtmaz idarəçiliyə şahidlik etməyək. İşlədiyi rayonlarda kabinet idarəçisi kimi tanınan Hacıqabulun təzə icra başçısı Sevindik Hətəmov passiv icra başçısı hesab edilir. Bir neçə aydır Hacıqabula təyinat almasına baxmayaraq hələdə rayonda mühüm problemlərin həllinə nail ola bilmədiyindən, bəzi yerli sakinlər onu
"sakit adam", "biznesmen başçı" və ya "Kamalın adamı" kimi sözlərlə ifadə edirlər.
Daş karxanalarından icra başçısı postuna gedən yolun qısa hekayəsi
DOSYE: Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da, onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı xanədan qura bilib. Bundan uzun illər sonra karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olmağa müvəffəq ola bilib.
“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanıtmışdı. Məhz, bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmur-öliqarxın (hal-hazırda nazirdir) kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayıb. Cənab Hətəmov hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da, onun bir neçə daş karxanasının olduğu haqda dəqiq faktlar var. Yardımlı, Salyan, Hacıqabulda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesini qorumaq üçün, Zakir Fərəcov və Süleyman Mikayılov kimi güclü oliqarxlarla mübarizə aparıb, özünü sınayıb.
Mənbənin verdiyi xəbərə görə, Hörmətli Hətəmovun mübarizəsi bu gün də davam edir. Qarabağda bir neçə daş karxanasına sahib olan
Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmov bir neçə ay öncə nizamnamə kapitalı az məbləğ göstərilən "Günay" MMC adı altında fəaliyyət göstərən daş karxanası böyük problemlə qarşılaşıb. Həmin bu daş karxanasının illərdir qanunsuz fəliyyət göstərdiyi ortaya çıxıb. Yəni, "Günay" MMC adı altında fəaliyyət göstərən daş karxanalarının qanuni fəaliyyəti üçün, Dövlət Ekoloji Ekspertiziya Agentliyindən müvafiq sənədləri olmadığından aidiyyatı qurumlar tərəfindən dəfələrlə cərimə olunmuşdur. Amma, buna baxmayaraq müəssisə yenə də qanunsuz fəaliyyətini davam etdirməkdədir. Əldə edilən məlumatda, icra başçısının "Günay" MMC adı altında qanunsuz fəaliyyət göstərən daş karxanalarına yazılan cərmələrin toplam məbləği bir milyon manat çıvarında olduğu da deyilir.
Bununla yanaşı onu da bildirək ki, icra başçısının görünən və görünməyən biznesinə "qara kassa"sı sayılan bacısı oğlu Şamilin nəzaarət etdiyi də gələn məlumatlar sırasındadır.
Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmovun qohum-əqrabasına yaratdığı şərait və onların eləcə də, özünün milyonlarla ölçülən mal-mülkü haqda növbəti yazıda görüşənə qədər.
Bizi izləyin!Yazı mənbə olaraq "Cumhuriyyət" saytının yaydığı məlumatlara istinad edilib.
Tarix: Dünən, 21:19