Aİ nümayəndəsi: Ermənistanda AES tez bir vaxtda bağlanmalıdır


Ermənistanın Atom Elektrik Stansiyasını tez bir vaxtda bağlamaq lazımdır.

"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə energetika, nəqliyyat, ətraf mühit, iqlim və mülki müdafiə məsələləri üzrə Ermənistan - Avropa İttifaqı (Aİ) alt komitəsinin 5-ci iclasında xarici işlər üzrə Avropa xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlərə dair şöbə müdirinin müavini Dirk Lorents deyib.

"Biz əminik ki, Ermənistanın Atom Elektrik Stansiyası mümkün qədər tez bir zamanda bağlanılmalıdır. Çünki təhlükəsizliyə dair beynəlxalq tələblərə cavab vermək üçün onun vəziyyətini yaxşılaşdırmaq mümkün deyil", – deyə o bildirib.

Qeyd edək ki, bu, Aİ-nin rəsmi şəxsləri arasında Ermənistana qarşı irəli sürülən ilk tələb deyil. Bir neçə gün əvvəl təşkilatın digər nümayəndəsi də Yerevana qarşı belə bir tələb irəli sürüb.

Tarix: 15-06-2018, 09:37
Xəbəri paylaş





Xəbər lenti