İlk günlərdən qradaş Türkiyə ilə konfederasiya halında birləşməyin tərəfdarlarından biriyəm. Əbülfəz Elçibəyin böyüklüyü onda idi ki, vaxtilə bu ideyanı gündəmə gətirdi, amma bu, çoxlarına dərinliyi ilə çatmırdı.
Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.
O qeyd edib ki, son zamanlarda Türkiyə və Azərbaycan arasında bu məsələyə rəsmi səviyyələrdə də müsbət münasibət bildirənlər var:
“Təbii ki, Azərbaycan ifadəsi yaşamalıdır. Çünki Güneydə 40 milyona yaxın azərbaycanlı var və Azərbaycanın tarixi ərazilərinin böyük hissəsi Güneydədir. Biz konfederasiya yaratdıqdan sonra Türkiyənin İrana da təsir imkanları artacaq. Bu zaman İranın Ermənistanı himayəsi sual altına düşəcək”.
Dilavər Əzimli hesab edir ki, Türkiyə və Azərbaycan arasında qurulacaq konfederasiya Dağlıq Qarabağ məsələsinin də həllinə təkan verəcək:
“Münaqişənin həlli yolu gücdən keçir. Azərbaycan günü-gündən iqtisadi və hərbi cəhətdən güclənir. Amma Ermənistan istənilən zaman təxribat törədib bu məsələyə özünün strateji müttəfiqi Rusiyanı qata bilir. Rusiya da Qafqazı itirmək istəmir. Qafqazın açarı da Azərbaycandır”.
Tarixçi-alim hesab edir ki, Rusiya və Qərbdən gələcək təhdidlərin qarşısının alınmasının yolu bu konfederasiyadan keçir: