MİSLİ GÖRÜNMƏMİŞ AVANTÜRA – “AÇ QAPINI GƏLƏK SƏNİ ÖLDÜRƏK” !!!


GİZLİ TƏŞKİLATLAR CANLI EFİRLƏRDƏ QURULMAZ, DOSTLAR !!!

——————————–

Sərdar ƏLİBƏYLİ

——————————-

Durduq yerdə bu gizli təşkilatlar – “üçlüklər”, “beşliklər” nə bilim daha “neçəliklər” məsələsi də hardan çıxdı belə. Bu söhbətlər heç xeyirə varana bənzəmir və yaxın zamanlarda ölkənin bütün coğrafiyası boyunca “ifşa” ediləcək “gizli təşklilatlar”ın və bu təşkilatların üzvləri kimi həbsə atılacaq yüzlərlə gənclərin olacağına dəlaət edir, deyə düşünməkdəyəm. Ardınca da etiraf dolu ifadələrin mətbuata sızdırılacaq mətnləri belə yəqin ki, artıq hazırdır. Sərəncamında minlərlə “üzəduran və işverən ordusu” olan bir hakimiyyət üçün bunu etmək o qədər də çətin bir iş deyil. Ayrıca da illərdən bəri təcrübələrdə özünü doğrultmuş, sınaqdan keçirilmiş çağdaş işgəncə metodlarının, maddi və mənəvi basqıların, təqib və təzyiq metodlarının, hətta ən güvənilir “partizan”ları da etirafçı yapa biləcəyi indi kimsədə şübhə doğurmamalıdır…

Sovetlərin ilk illərindən başlayan və ötən əsrin 30-lu illərində daha da şiddətlənərək, taa 50-ci illərinəcən uzanan “gizli əksinqilabi təşkilatlar”ı, bir də onların, sayı yüzminlərə varan günahsız qurbanlarını xatırladır mənə bu proses. Bu, onsuz da qanımıza susamış irticanın əlinə “tuz” kartları verməklə, istibdadın qolunu-qanadını açmaq, rejimə yeni nəfəs vermək, bolşevik nəvələrinə, kommunist çocuqlarına öz ata-babalarının qisasını almaq, tarix üzərində revanş götürmək şansı tanımaq üçün girəvə verməkdir…

Tək ricamsa odur ki, hərə öz ağzına yiyəlik eləsin, hər kəs kəndi görə biləcəyi işləri görsün. Zira, gizli təşlikatlar, yaradlmalıdırsa, hətta yaradılırsa belə, bu haqda canlı efirlərdə danışılmaz, təlimatlar verilməz. Yaaa, bu zəhrimara qalmış nəsnənin adı üstündə: – “gizli təşkilat”. Zira, bu bir xeyli ciddi məsələdir və prosesə qoşulan hər kəsdən də maksimim ciddiyyət tələb edir, ki, belə efir boşboğazlıqları ilə, o, nə yarana, nə də yaşaya bilər…

İndi baş verənlər isə, bir az “Məşədi İbad”ın qoçularının “Aç qapını gələk səni öldürək” imitasiyasına bənzəyir, misli görünməmiş bir avantüra təsiri bağışlayır.

Tarix: 18-06-2018, 17:08
Xəbəri paylaş





Xəbər lenti