Paşinyan-Putin danışıqlarında Azərbaycanla bağlı razılaşma əldə olunub? – Ermənistanda sensasiyalı DETALLARI AÇDILAR


Paşinyan-Putin danışıqlarında Azərbaycanla bağlı razılaşma əldə olunub? – Ermənistanda sensasiyalı DETALLARI AÇDILAR

Ermənistanın baş naziri Nikol Paşinyan futbol üzrə dünya çempionatının açılışı münasibətiylə Rusiyaya ikigünlük işgüzar səfər etdi. Baş nazir “Russia Today” telekanalına geniş müsahibəsində Ermənistan-Rusiya münasibətlərinin indiki mərhələsinə toxundu.

Paşinyan xüsusi halda qeyd etdi ki, Rusiya mətbuatında bir çox nəşr Ermənistanda nə baş verdiyini yaxşı təsəvvür etmir.

“Onlar hesab edirlər ki, hakimiyyətə hansısa rusofob gəlib. Hakimiyyət dəyişikliyi ilə Ermənistan və Rusiya arasında münasibətlərdə dəyişiklik olacağını hesab edənlər səhv edirlər”, - o bildirib.

Rusiya prezidenti Vladimir Putinlə münasibətlərindən danışan baş nazir onları “çox yaxşı” adlandırıb. Paşinyan həmçinin qeyd edib ki, Rusiya və Ermənistan suveren dövlətdir və hər iki ölkənin maraqları əsasən uyğun gəlir. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində problemli məsələ yoxdur.

Publika.az xəbər verir ki, politoloq Levon Şirinyan Ermənistan-Rusiya münasibətləri barədə Paşinyanın bəyanatını şərh edərkən Rusiyanın Azərbaycana silah satışına toxunub.

“Nikol Paşinyan iddia edir ki, münasibtələrdə problem yoxdur. Bu mənə fərz etməyə imkan verir ki, Rusiya tərəfi heç olmasa erməni tərəfinin fikirini qəbul edir. Paşinyan və Putin arasında keçirilən danışıqlar barədə məlumatlı deyiləm, amma ola bilər ki, onlar artıq Rusiyanın Azərbaycana silah satışı barədə danışıblar və ya ilkin razılaşmalar var. Əgər onlar münasibətlərdə problemli məsələnin olmadığını deyirlərsə, deməli, məsələ nizama salınıb”, - politoloq vurğulayıb.

Ekspert Ruben Meqrabyan isə hesab edir ki, ikitərəfli münasibətlərdə problematik məsələlər var və Paşinyanın bəyanatı daha çox diplomatik xarakter daşıyır: “Problemli məsələlər çoxdur. Problemlərin həll edilməsi üçün Rusiya özünün regional siyasətindən imtina etməlidir. Çünki, Rusiyanın regional siyasəti Ermənistan-Rusiya münasibətlərində ən problematik məsələdir.

Meqrabyanın fikrincə, Ermənistan rəhbərliyində Rusiyadan yalnız bir həqiqi gözlənti var: Rusiya Ermənistanın zibildən təmizlənməsinə mane olmasın. Meqrabyanın sözlərinə görə, Ermənistanda Rusiyaya qarşı çıxmaq üçün resurslar çox məhduddur.

Tarix: 18-06-2018, 17:10
Xəbəri paylaş





Xəbər lenti