Sahil Babayev Səlim Müslümovun qohumlarını işdən çıxardır - GƏLİŞMƏ


Sahil Babayev Səlim Müslümovun qohumlarını işdən çıxardır
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun nazirlikdə uzun illər kök salmış bır neçə qohumunu işdən çıxarıb.
Siam.az  xəbər verir ki, Mia.az-a nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar:
"Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib".

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir
Tarix: 22-06-2018, 22:59
Xəbəri paylaş





Xəbər lenti