Ermənistan Azərbaycanın yeni hərbi helikopterlərinə görə - ABŞ-dan kömək istədi



Ermənistan Azərbaycan ordusunun Amerika istehsalı olan yeni Bell-412 hərbi helikopterlərindən təşvişə düşüb.

BakuPost Ermənistan mətbuatına istinadən xəbər verir ki, təşviş dolu məktubla ölkə parlamentinin vitse-spikeri Arpin Hovanisyan ABŞ konqresinin Ermənistan-Amerika Dostluq Qrupunun üzvü Tulsi Harbarda müraciət edib. O,  Azərbaycanda hərbi parad zamanı sözügedən helikopterlərin nümayiş etdiriləcəyi barədə xəbərlərdən narahat olduğunu dilə gətirib:

"Bu məlumatlar bir çox problem və narahatlıqlar yaratmaqdadır. Narahatlığım xüsusilə Azərbaycanın bu helikopterləri haradan aldığı, bunların Azərbaycanın öhdəsinə necə verildiyinə dairdir”.

Hovanisyan qrup rəhbərlərinin bu durumu izləmələrini və məsələ ilə bağlı məlumat vermələrini xahiş edib.
Tarix: 24-06-2018, 09:38
Xəbəri paylaş





Xəbər lenti