“Azərbaycanda siyasi məhbuslar” adlı hesabat üzrə məruzəçi təyin edildi – AŞPA-dan qərar




bitmap-img6




Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilib

Bunu komitənin iclasında iştirak edən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

İslandiyalı Thorhildur Sunna Evarsdottir hesabatı hazırlamaq üçün məruzəçi təyin olunub. T. S. Evarsdottir İslandiyanın Pirat Partiyasını təmsil edir, hüquqşünas, insan haqları müdafiəçisi və jurnalistdir.

Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü hollandiyalı Piter Omtzigt tərəfindən irəli sürülüb və məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib/APA.
Tarix: 26-06-2018, 13:40
Xəbəri paylaş





Xəbər lenti