İsrail parlamenti “erməni soyqırımı”nı tanımaqdan yenə imtina etdi

                  “İsrailin müdafiə naziri, Azərbaycanın böyük dostu Aviqdor Libermanın səyləri nəticəsində “Merets” parlament fraksiyasının “erməni soyqırımı”nın tanınması haqqında məsələnin İsrail parlamentinin gündəliyinə növbəti dəfə daxil etmək cəhdinin qarşısı alınıb”, - virtualaz.org-a bu barədə Knessetdəki mənbələr bildirib.
Dünən, iyunun 25-də “Merets” partiyası “soyqırımı”nın tanınması haqqında qanun layihəsinin müzakirə edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin parlament çoxluğunun və Azərbaycanın dostlarının təzyiqi altında təşəbbüs bu dəfə də təşəbbüs olaraq qalıb. Xatırladaq ki, az öncə İsrail-Türkiyə qarşıdurması növbəti dəfə alovlanan zaman Knessetin bir sıra deputatları bu qanun layihəsinin qəbul edilməsinə çağırmışdılar. Lakin o zaman da İsrailin xarici siyasətindəki Azərbaycan amili güclü çıxmışdı və təşəbbüs dövlətin siyasi elitasında müsbət qarşılanmamışdı.
Virtualaz.org-a müsahibəsində məşhur israilli politoloq Arye Qut sözügedən yeni təşəbbüs barədə məlumatı təsdiqləyib. “Günorta saatlarında məlum oldu ki, Knesset bu məsələni müzakirə etməyəcək. Bu işdə Azərbaycanın dostlarının böyük əməyi var. İarail Azərbaycanla strateji münasibətlərə öncül əhəmiyyət verir”, - A.Qut deyib.
Bədnam qanun layihəsinin Knessetin gündəliyinə salınması cəhdi barədə İsrailin aparıcı qəzetlərindən olan “Maariv” də yazıb.
Yusif Əliyev
Tarix: 26-06-2018, 14:47
Xəbəri paylaş





Xəbər lenti