Ermənipərəst Markedonov Bakıdakı paradın İrəvana verdiyi mesajdan və əzələ nümayişindən yazdı


Rusiya Dövlət Humanitar Universitetinin Xarici regionşünaslıq və siyasət kafedrasının dosenti, qafqazşünas alim Sergey Markedonov telegra.ph saytında Bakıdakı hərbi parad haqqında yazıb.

Rusiya mətbuatında ermənipərəst mövqeyi ilə seçilən Sergey Markedonovun yazısı əslində İrəvanın siyasi dairələrində hökm sürən qorxu atmosferini təsvir etmək mənasını verir. 

Musavat.com həmin yazını kiçik ixtisarlarla təqdim edir.

“İyunun 26-da Bakıda Azərbaycan Silahlı qüvvələrinin 100 illiyi münasibətilə hərbi parad keçirilib. İndiki Azərbaycan “Azərbaycan Demokratik Respublikası”nın varisi sayılır və birinci milli dövlətin irsinə müraciət ölkənin tarixi yaddaşının ayrılmaz tərkib hissəsi hesab olunur.

Lakin həmin parada təkcə simvolik hadisə kimi baxmaq azdır.

ÐаÑÑинки по запÑоÑÑ 26 iyun hÉrbi parad 100 il

Birincisi bu həm Azərbaycanın artan hərbi qüdrətinin nümayişidir. Milli ordunun 4 min əsgəri, üstəlik 240 ədəd texnika, pilotsuz uçan aparatlar və digər texniki yeniliklər paradda nümayiş olundu. Bütün bunlar Bakının güclü hərbi potensiala malik olduğunu göstərmək üçün həyata keçirildi.

İkincisi, paradda Türkiyə Silahlı Qüvvələrinin xüsusi bölüyü iştirak edib.



Belə bir türk həmrəyliyinin məhz Rəcəp Tayyip Ərdoğanın və onun parityasının elektoral qələbələrindən sonra nümayiş olunmasına xüsusi diqqət etməliyik. Bakı-Ankara bağlantısı Türkiyənin Zaqafqaziyadakı xarici siyasi landşaftının ən vacib elementi sayılır.

ÐаÑÑинки по запÑоÑÑ türk ÅahinlÉri bakı sÉmasında

Özünü Avropa Birliyi və NATO ilə yaxın müttəfiq hesab edən Gürcüstan rəhbərliyi də buna rəğmən Azərbaycan lideri ilə birlikdə Brüsellə gərgin münasibətlər yaşayan Türkiyə prezidentini tələsik şəkildə təbrik etdi. Ankara bununla bölgədəki öz rolunu ABŞ və AB-nin kiçik partnyoru olaraq deyil, müstəqil və böyük Avrasiya dövləti olaraq təsdiq etdirmək istəyir.

Ərdoğanın ritorikasındakı antiamerikanizm çalarları Rusiyanı cəzb etməməlidir. Bu Rusiyanın Zaqafqaziyada birinciliyini tanımaq anlamına gələ bilməz.

ÐаÑÑинки по запÑоÑÑ 26 iyun parad 100 il

Üçüncüsü, Azərbaycan prezidenti öz çıxışında yenə də hərbi bəyanlara geniş yer verdi. Bir yandan o, beynəlxalq hüququn effektivliyinə şübhə ilə yanaşdığını göstərdi. Digər yandan isə “güc faktoru”nun əhəmiyyətindən, “dost ölkələrin yardımı ilə” silahlanmanın genişlənməsinin imkanlarından danışdı. Azərbaycan prezidenti yalnız Türkiyə ilə deyil, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə hərbi-texniki əməkdaşlıq istəyini heç gizlətmədi də. Bu isə İrəvan üçün ciddi siqnal sayılmalıdır.

ÐаÑÑинки по запÑоÑÑ 26 iyun parad 100 il

Bütün bunlar Azərbaycan rəhbərliyinin əldə etdiyi texniki yenilikləri “elə yerindəcə və dərhal” tətbiq etmək hazırlığını göstərirmi? Bu suala birmənalı cavab vermək çətindir.

Çünki Prezident İlham Əliyev sərt ritorika ilə rasional prqamatik siyasəti uzlaşdırmaq bacarığını dəfələrlə göstərib.

Musavat.com

Tarix: 28-06-2018, 23:25
Xəbəri paylaş





Xəbər lenti