“DÜŞMƏNİNİN” “DÜŞMƏN(lər)İNİ” OZÜNƏ DOST ETMƏK İSTƏYƏN ADAM !!!
—————————
Sərdar ƏLİBƏYLİ
—————————
VİDADİ İSGƏNDƏRLİ NƏ İSTƏYİR ???!!!
VƏ YA
MEHRİBAN DÜŞMƏNÇİLİYƏ EPİLOQ ƏVƏZİ
Məncə, Vidadi İsgəndərlinin Qurban Məmmədova qəfil hücumunun arxasında, onun Əli Kərimlinin (AXCP-nin) və Cəmil Həsənlinin (Milli Şuranın) dəstəyini qazanmaq, bu vəsilə ilə də Avropada Qənimət Zahidin rəhbərlik etdiyi “Turan” tv-nin imkanlarından yararlanmaq istəyi dayanır, o qədər…
Bu, onun nəyinə lazmdır sualnın cavabı isə çox sadədir. Avropada mobil qüvvə sahibi olan AXCP-nin və Milli Şuranın gücü və dəstəyi, indi ona, nəzərdə tutduğu “Mühacir Qurultayı”nın təşkili və baş tutması üçün hava və su kimi lazımdır. Sonrası isə sonra bilinər. Mənə qalrsa, Vidadi müəllimin, bu mənada, daha uzağa gedən planları var…
Amma xam xəyaldır, nə Əli Kərimli, nə də Cəmil Həsənli ona öz dəstəyini verər və bunun da “n” qədər səbəbləri var ki, bu haqda danşb vaxt almaq istəmirəm. Zatən yaxın müddətdə hər şey öz-özlüyündən ortalığa çıxasıdır. Hətta çox yaxın zamanda, gözləntilərinin doğrulmaması səbəbi ilə, Vidadi İsgəndərli tərəfindən, sözügedən şəxslərə və qurumlara qarşı da analoji münasibətin və sərt ittihamlarla dolu hücumların şahidi olasıyıq. Oysa, gəlin səbrli olaq və bir az da gözləyək !!!!
——————————————————————————–
P.S.
Vidadi İsgəndərli Qurban Məmmədovun, həbsdə olarlkən hakimiyyətlə (DTX ilə) əməkdaşlıq protokolu imzaladığını deyir. Bilənlər bilir, bilməyənlər də bilsin ki, istər təcridxanada, istərsə də 14 saylı CÇM-də Qurban Məmmədovla bir yerdə olmuşam. Birmənalı olaraq soyləməyi özümə borc bildim ki, belə bir şeyə, cəhd, ya da eyham dəxi olsaydı, mən bilərdim. Buna inanmaq və ya inanmamaq hər kəsin öz işidir, ancaq mən bunu deməsəm, özümə xəyanət etmiş olardım. Ayrıca da, bu sözlərİ, Vidadi İsgəndərliyə cavab olsun deyə yox, öz vicdanıma hesabat kimi yazdım.
Yeri gəlmişkən, bir müddət öncə, 14 sylı CÇM-də birgə məhbus həyatı yaşadığımız Yadigar Sadıqlının barəsində də, mühacirətdə olan bir soydaşımız tərəfindən xoşagəlməz şeylər yazılmşdı. O zaman ona da cavab vermiş və bildirmişdim ki, Yadigar Sadıqlı həbsxana həyatı ilə qürur duyulmalı məhbus olub. Demək istədiyim o ki, yalançının şahidi həp yanında olar. Adamlar bəzən kinə, nifrətə və ya qəzəblərinə yenik düşərək, olar-olmazlardan danışmaqla, özlərini çətin duruma salır, sonra da illərlə bunun əzabını çəkmək zorunda qalırlar !!!