Siam.az APA-ya istinadən xəbər verir ki, konfranda çıxış edən rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko konfransın yeniliyə yol açdığını vurğulayıb:

“Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını bizdən ayırırlar. Müasir dövrdə millətlər arasında mədəni qarşıdurma müharibənin bir vasitəsidir. Ermənistanda hərbi çevriliş baş verib və bu çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb”.


M.Şevçenko Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin yenidən hakimiyyətə qayıtması ehtimalına toxunub və bunu Rusiya və Azərbaycan üçün ciddi təhlükə kimi qiymətləndirib:

“Rusiyada Azərbaycan mədəniyyətini təbliğ etmək lazımdır. Nizami Gəncəvi, Azərbaycan incəsənəti haqqında təbliğat aparılmalıdır”.