ABŞ dövlət katibi İrana qarşı qlobal koalisiya qurmaq istədiklərini bəyan etdi



Əsl niyyət İrandakı hakimiyyəti dəyişdirməkdir

ABŞ dövlət katibi Maykl Pompeo bu gündən etibarən İrana qarşı koalisiya qurmaq niyyəti ilə Yaxın Şərq ölkələrinə rəsmi səfərə başladığını bəyan edib.

Musavat.com “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Maykl Pompeo İran İslam Respublikasını terrorizmin bir saylı sponsoru adlandırıb:

“Bizim rəsmi ziyarətimizn əsas elementlərindən biri də İran körfəzi ölkələri və İsrail daxil olmaqla koalisiyanın qurulmasıdır. Həm Avropa, həm də Asiya ölkələri başa düşürlər ki, dünyada terrorçuluğun əsas sponsoru olan bir dövlət öz fəaliyyətini dayandırmalıdır”,-deyə Pompeo CNBC kanalına müsahibəsində deyib.

Qeyd olunur ki, ABŞ dövlət katibi bu məqsədlə İordaniya, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşəcək.

Jurnalist ABŞ-ın Avropadan İrana qarşı daha sərt davranmasını istəyib-istəməyəcəyi barədə sual verib

“Buna heç şübhəniz olmasın. Mən ABŞ, İsrail və körfəz ölkələrinin bu yöndəki cəhdlərinin dünya tərəfindən izlənilməsinin tərəfdarıyam. Bu olduqca ciddi bir kampaniyadır. Çünki İran rejiminin inqilabi xarakteri dünya üçün ciddi təhdid törədir”,-deyə cavab verən Pompeo əsl niyyətlərinin İrandakı mövcud rejimi dəyişdirmək olduğunu bir daha büruzə edib.


Tarix: 8-01-2019, 20:02
Xəbəri paylaş





Xəbər lenti