Hakimiyyət erkən parlament seçkisinə gedir – Təcili

 Bu ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Musavat.com-a məlumatlı mənbələrdən informasiya daxil olub.
Onu da qeyd edək ki, bir müddətdir sosial şəbkəkələrdə belə bir iddia irəli sürülürdü. Milli Məclisin üzvü Zahid Orucun, eləcə də bəzi tanınmış politoloqların statuslarında bundan bəhs olunurdu.
Xatırladaq ki, parlament seçkiləri 2020-ci ilin payızında keçirilməlidir. Əgər apreldə parlament seçkiləri keçiriləcəksə, bu, seçkilərin il yarım önə çəkilməsi demək olacaq.
Onu da bildirək ki, ötən il bu vaxtlar prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında keçirildi.
Bunun hansı zərurətdən irəli gəlməsi barədə ictimaiyyətə təfərrüatı ilə məlumat verilmişdi. Güman ki, parlament seçkilərinin də eyni səbəblərdən vaxtından əvvəl keçirillməsi nəzərə tutulur.
Hazırda parlament qış tətilindədir.
Tarix: 8-01-2019, 20:23
Xəbəri paylaş





Xəbər lenti