Üç qüvvənin İYRƏNC PLANI, yaxın beş İLDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Ankarada Con Boltonla danışıqların gedişatında ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra bu ölkədəki Amerika bazalarının gələcəyi müzakirə edilib. Türkiyə prezidenti Con Boltonun açıqlamalara sərt reaksiya verib. Avropa İttifaq İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etmək qərarı qəbul edib. Ukrayna Avropa Birliyi və NATO-ya yaxın 5 ildə üzv olmayacaq.
“Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə imperializmin yuxularını qaçıran Türkiyə bu gün də Fəratın şərqi və Münbiçi xilas etməkdə qərarlıdır. Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında bildirib.
Ankarada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla danışıqların gedişatında ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra bu ölkədəki Amerika bazalarının gələcəyi müzakirə edilib. Bu haqda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla görüşməkdən imtina edib. Bolton Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşdükdən sonra ölkəsinə dönüb.
Görüş təxminən 2 saat davam edib. Məlumata görə, görüş zamanı ABŞ-ın Suriyadan çıxmaq qərarı və İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.
Xatırladaq ki, Bolton iki gün əvvəl İsraildə olarkən ABŞ qoşunlarının Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun sözlərinə görə, ABŞ Türkiyədən zəmanət istəyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.
O, həmçinin qeyd edib ki, Türkiyə Suriyada istənilən hərbi əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.
Türkiyə prezidenti isə bu açıqlamalara sərt reaksiya verib.
Hərbi hərəkat üçün hazırlıqları tamamladıq. Çox yaxında Suriya torpaqlarındakı terrorçu qrupları zərərsizləşdirmək üçün hərəkətə keçəcəyik.Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.
Prezident PKK terror təşkilatının İŞİD-ə qa mübarizə apardığı barədə deyilənlərin böyük bir yalan olduğunu deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa ABŞ-ın Suriyadakı ortaqlarını qoruyacağına dair söz verib. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
Yaxın Şərqə səfər öncəsi CNBC-yə açıqlama verən Pompeo ABŞ əsgərlərinin Suriyadan çıxmaq planının İŞİD terror təşkilatı ilə mübarizə və İranın bölgədəki təsirinin məhdudlaşdırılması strategiyasını dəyişdirmədiyini bildirib.
Qeyd edək ki, ABŞ Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində yerləşən terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən, oradakı müttəfiqi YPG təşkilatının taleyindən narahatdır.
Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının gücünün 99 faizini məhv edib. Bu haqda ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.
Onun sözlərinə görə, ABŞ Suriyada “fövqəladə müvəffəqiyyətli kampaniya” keçirdi.
Xatırladaq ki, 2018-ci il dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarına Suriyanı tərk etmək barədə göstəriş verib. O, qərarını İŞİD üzərində qələbə ilə izah edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “Nyu York Tayms” qəzeti üçün məqalə qələmə alıb.Ərdoğan bu məqaləsində ABŞ-ın Pentaqon qüvvələrini Suriyadan geri çəkmək qərarı ilə bağlı fikirlərini bölüşüb.
Türk lider bildirib ki, ABŞ bu qərarı verməklə doğru addım atıb. Lakin Amerika beynəlxalq toplumun və Suriya xalqının maraqlarının qorunması üçün geri çəkilməyi diqqətli şəkildə planlaşdırmalı və doğru müttəfiqlərlə əməkdaşlıq etməlidir.
“Türkiyə Respublikası olaraq İŞİD və Suriyadakı digər terror təşkilatları ilə mübarizədə qətiyyətli mövqedəyik. Suriyada terrorçular üçün zəfər olmayacaq. Türkiyə tarixin bu ən kritik dövründə də əlini daşın altına qoyub. Bu prosesdə beynəlxalq toplumun yanımızda olacağına inanırıq. İŞİD-i bitirmək və Suriyanın ərazi bütövlüyünü mühafizə etmək üçün bütün tərəflərin birlik içində hərəkət etməsinin zamanı gəlib. Türkiyənin Suriyada sülhü təmin etmək üçün bir planı var. Radikallaşmanın təməlində dayanan səbəbləri ortadan qaldıracaq əhatəli bir strategiyanə həyata keçirmək istəyirik”.
Avropa İttifaq (Aİ) İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etmək qərarı qəbul edib. Bu haqda Danimarkanın xarici işlər naziri Anders Samuelsen tvitter hesabından bildirib.
Onun sözlərinə görə, qərar İranın Avropadakı bəzi şəxslərə sui-qəsd planlaşdırması ilə bağlıdır.
Yaponiya Rusiyayla sülh müqaviləsi haqqında danışıqlar prosesində Cənubi Kuril adaları ilə bağlı hər hansı kompensasiyalar tələb etmək hüquqlarından qarşılıqlı olaraq imtina etməyi təklif etmək niyyətindədir. Bu haqda “Yomiuri” qəzeti bildirib.
Yaponiya daha əvvəllər adaları tərk etməyə məcbur olan vətəndaşları üçün tələb edirdi. Onların sayı 6 mindən çoxdur. Bildirilir ki, Yaponiya hökuməti Moskva ilə danışıqları ağırlaşdırmamaq üçün kompensasiya tələbindən imtina etməyə hazırdır.
Ukrayna Avropa Birliyi və NATO-ya yaxın 5 ildə üzv olmayacaq. Bunu “1+1” televiziyasında çıxışı zamanı Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib. O, buna səbəb kimi ölkənin daxilindəki vəziyyəti göstərib:
“Əgər kimsə bizim AB və NATO-ya bir, ya da iki il sonra üzv olacağımızı desə, inanmayın. Bu, təmiz yalandır. Əgər kimsə 30 il sonra desə, ona da inanmayın. Ona görə ki, təcrübə hər şeyin əksini deyir”.
Ömər
Tarix: 8-01-2019, 20:56
Xəbəri paylaş





Xəbər lenti