YAP funksionerindən AŞPA həmməruzəçisinə sərt cavab


Ramin Əhmədov: “Azərbaycanı müstəqil siyasətdən çəkindirmək istəyirlər” 

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “AzadlıqRadiosu”na Mehman Hüsyenovun guya işgəncələrə məruz qaldığına dair açıqlama verib.

“Mehman işgəncəyə məruz qalıb. Ona qarşı cinayət törədilməsinə cəhd edilib. Ona qarşı işgəncə, 70-80-ci illərdə Cənubi Amerikada hərbi rejimlərdəki işgəncəyə bənzəyir”.

AŞ PA həmməruzəçisi bir qədər də irəli gedərək qeyri-etik ifadələrə yol verib və mandatından kənara çıxaraq ictimaiyyəti etiraza səsləyib.

shennak.jpg (20 KB)

Stefan Şennak

 

Beynəlxalq təşkilatı təmsil edən şəxsin belə bir açıqlama verməsinin diplomatik missiyasından uzaq olduğuna şübhə yoxdur.

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşilatının sədr müavini Ramin Əhmədov Stefan Şennakın fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu kimi çıxışların arxasında Azərbaycanı müstəqil siyasətdən çəkindirmək və kənardan idarəolunan vəziyətə salmaq məqsədi dayanır: “Dövlətimizin yeritdiyi müstəqil xarici siyasət müxtəlif dairələri narahat edir. Onlar Azərbaycana təziq etmək üçün müxtəlif yollar axtarırlar. AŞPA həmməruzəçi Azərbaycan hakimiyyətinin ünvanına əsassız iddialar səsləndirib. Özü də siyasi etikaya yaraşmayan sözlər işlədir. Mehman Hüseynov harada və kimə deyib ki, ona işgəncə verilib? Hamı onun şəkillərini gördü, hüquq müdafiəçiləri ilə görüşündə dediyi fikirlərə tanış oldu. Saxlanma şəraitindən, təcridxana əməkdaşlarının rəftarından şikayəti yoxdur”.

Ramin Əhmədov Azərbaycan barədə əsası olmayan məlumatları xaricdə yaşayan bir qrup xəyanətkarın ötürdüyünü deyib: “Mühacir adı ilə Avropa ölkələrinə sığınanlar anti-Azərbaycan şəbəkələrinin təsiri altındadırlar. Burada ermənilərini maraqların müdafiə edən mərkəzlər də var. AŞPA həmməruzəçisinin belə bir bəyanatla çıxış etməsinin kökündə isə qeyd etdiyimiz anti-milli qüvvələrin ötürdüyü qərəzli məlumatlar və erməni dairələrin sifarişi dayanır. Mehman Hüseynov kimdir ki, onun həbsinə Avropanın nüfuzlu təşkilatının nümayəndələri münasibət bildirib? Stefan Şennakın Azərbaycana qarşı qərəzli mövqeyini bu günə qədər az müşahidə etməmişik. Bu dəfə də o, qərəzini gizlədə bilməyib və üstəlik, əndazəni aşaraq qeyri-etik ifadələr işlədib”.

R.Əhmədov sonra AŞ PA təmsilçilərini regionun ən güclü ölkəsi olan Azərbaycana qarşı qərəzli mövqe tutmaqdan çəkinməyə çağırıb: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, nüfuzlu beynəlxalq təşkilarlarla sıx əməkdaşlıq edir. Dövlət başçısı münasibətlərin daha da yaxşılaşmasında maraqlıdır. O, ölkənin qapılarını heç kəsin üzünə bağlamır. Ölkədə iqtisadi və siyasi islahatlar getdikcə daha da sürətlənir. AŞ PA təmsilçiləri, simasını itirmiş ermənilərlərlə və anti-Azərbaycan ruhlu başıpozuq dəstələrlə deyil, məhz Azərbaycan iqtidarı ilə əməkdaşlıqa maraqlı olmalıdır”.

Musavat.com

Tarix: 10-01-2019, 16:21
Xəbəri paylaş





Xəbər lenti