“Biz əmrləri Boltondan almırıq” – Pentaqon ABŞ əsgərlərinin Suriyadan çıxması haqda


Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun İsraildə verdiyi açıqlama qalmaqala səbəb olmuşdu.

Avropa.info xəbər verir ki, Bolton terror təşkilatı PKK/YPG-ni nəzərdə tutaraq “Türkiyə kürd tərəfdaşlarımızı vurmama sözü verənə qədər ABŞ hərbçiləri Suriyadan çıxmayacaq” demişdi. Bu açıqlamadan sonra, Türkiyəyə səfər edən Bolton prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməmişdi.

Proseslərin ardından Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinə danışan Pentaqon səlahiyyətliləri, Suriyadan çıxma məsələsində geri addım atıldığına dair yeni bir göstəriş almadıqlarını açıqlayıblar. Pentaqon səlahiyyətlilərindən biri qəzetə açıqlamasında “Heç nə dəyişməyib, biz əmrləri Boltondan almırıq” deyib.

Qəzet ABŞ tərəfindən PKK/YPG-yə verilən silahların geri alınıb, alınmayacağından da yazıb.

“ABŞ Suriyadakı müttəfiqlərinə verdiyi silahları geri alıb almama mövzusundakı variantları də qiymətləndirir. Pentaqon Türkiyə və Ərdoğanın təzyiqlərini azaltmaq üçün “silahlar geri alınacaq” vədi verib” – “Wall Street Journal” belə yazıb.

Tarix: 11-01-2019, 21:01
Xəbəri paylaş





Xəbər lenti