Qorxu yaradan SİLAHLAR, 2019-cu ildə QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Dünyada gərginliyin olduqca yüksək olmasına baxmayaraq, Moskvada və Nyu-Yorkda analitiklər 2019-cu ildə xoş sürprizlərin olacağını proqnozlaşdırırlar. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı qüvvələrindən bəzilərinin geri çəkilməsinə başladığını açıqlayıb. Balkanlarda Rusiya və Qərb arasında yeni münaqişə alışa bilər. Moskva Belarus prezidentinin təhdidlərinə cavab verib.
Dünyada gərginliyin olduqca yüksək olmasına baxmayaraq, Moskvada və Nyu-Yorkda analitiklər 2019-cu ildə xoş sürprizlərin olacağını proqnozlaşdırırlar.
“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir”. Bunu Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal bildirib.
O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”.
Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş qərargah başçısı Yaşar Gülər və Quru Qüvvələrinin komandanı Ömər Dündar Suriya sərhədində yerləşən Şanlıurfaya gediblər. Hərbi səlahiyyətlilər Suriyanın şimalında həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlığın gedişatı ilə maraqlanıblar.
“Qarşımızda Münbiç, Fəratın şərqi var. Bununla əlaqədar olaraq lazımı planlar həyata keçirilib, hazırlıqlar geniş şəkildə davam edir”, - Hulusu Akar deyib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı qüvvələrindən bəzilərinin geri çəkilməsinə başladığını açıqlayıb. “Anadolu” agentliyinin Suriyadakı müxbirinə açıqlama verən adının gizli qalmasını istəyən səlahiyyətli informasiyanı təsdiq edib. Lakin geri çəkilən qüvvələrinin hansı olduğu və hansı bölgələrdən göndəriləcəyi haqqında bilgi verilməyib.
Amerikanın CNN televiziyası isə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) geri çəkilmək əməliyyatlarında istifadə olunacaq gəmi və təyyarələri müəyyənləşdirdiyini açıqlayıb.
Qeyd edək ki, Pentaqon qüvvələrinin Suriyadan çəkiləcəyini ABŞ prezidenti Donald Tramp 19 dekabr 2018-ci il tarixində açıqlamışdı.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Suriyada terror təşkilatlarına istiqamətli planlaşdırdığı əməliyyat öncəsi qalmaqal yaradacaq açıqlama verib. Zaxarova rəsmi Dəməşqlə YPG terror təşkilatı arasında dialoq qurulmasının əhəmiyyətli olduğunu bildirib.
“2018-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Suriyadan çəkiləcəklərini açıqladı. Bu baxımdan, YPG-nin Suriya hökuməti dialoq qurması xüsusi əhəmiyyət daşıyır. Çünki YPG, dəfələrlə qeyd etdiyimiz kimi, Suriya cəmiyyətinin əhəmiyyətli bir parçasıdır və kürdlərin olduğu bölgələrin yenidən Suriya hökumətinin nəzarətinə keçməsi Suriyanın qonşularına yönəlik təhlükəsizlik risklərini aradan qaldıracaq”, - Zaxarova brifinqdə deyib.
ABŞ-ın Suriyadan çəkilmə qərarını doğru adlandıran Zaxarova ABŞ əsgərlərinin boşaldacağı bölgələrin Suriya hökumətinin nəzarətinə verilməli olduğunun vurğulayıb.
Fransa İranı nüvə fəaliyyətini dərhal dayandırmağa çağırıb. Bu haqda Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Nazirliyi sözçüsü Agnes Von Der Mühll İranın nüvə fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən dəstəklənmədiyini xatırladıb.
ABŞ və Çin “dördölçülü” silahlara sahib olub. Bu haqda amerikalı istefada olan general-mayor Hovard Tompson “The Hill” üçün qələmə aldığı məqaləsində yazıb.
Balkanlarda Rusiya və Qərb arasında yeni münaqişə alışa bilər. Belə qənaətə “Business Insider Deutschland” nəşrində siyasi şərhçi Andreas Baumer gəlib.
Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarımilliyində Avropa İttifaqı Şurasına rəhbərlik edən Sebastyan Kurs Qərbi Balkanları Brüselə yaxınlaşdıra bilərdi, ancaq o, buna müvəffəq olmadı.
Moskva Lukaşenkonun təhdidlərinə cavab verib.
Dünyada üçüncü minilliyin əsas təhlükəsi – Putin Rusiyasının təcavüzünə qarşı silah var.Bunu “Apostrof” nəşrinə müsahibəsində Krım məsələləri üzrə ekspert, “BlackSeaNews” portalının baş redaktoru Andrey Klimenko bildirib. Ekspert hesab edir ki, bütün mədəni dünyada Putin Rusiyasının dayandırılmasının iki üsulu var.
Tarix: 11-01-2019, 22:02
Xəbəri paylaş





Xəbər lenti