“Hətta müxalifətin köməyi olmadan da aydın olur ki, hər şey sona yaxınlaşır...”







Tarixən Rusiyada baş verən təlatümlərin nəticəsini Azərbaycan da birbaşa üzərində hiss edib və bu gün də Rusiyanın dəyişiklik, təlatümlər  ərəfəsində olduğunun əlamətlərini görməmək mümkün deyil. Rusiyada Tanınmış siyasi-ekspert qrupunun rəhbəri Konstantin Kalaçev “Biznes-Onlayn” qəzetinə müsahibəsində proseslərin nəyə gətirib çıxardığı və nələr olacağı barədə dediklərinin Azərbaycan oxucusu üçün də maraqlı olacağını hesab edir və müsahibənin tərcüməsini  ixtisarla təqdim edirik.
                 
“Çar yaxşıdır, boyarlar pis” sxemi daha işləmir”

- Sakit keçən 2017-ci ildən fərqli olaraq ötən il siyasi hadisələrlə zəngin oldu. 2018-ci ili Siz necə təsvir edərdiniz?
- Hesab edirəm ki, 2018 - keçid ili idi. Aydındır ki, insanların şüurunda və siyasi həyatda ciddi dəyişikliklər baş verir. Biz tranzit vəziyyətdəyik. Hara? Sual açıqdır. Hökumətimizin çağırışlara və təhdidlərə reaksiyası, əksər hallarda qoruyucu tədbirlərin təbiətindən daha çox refleks xarakter daşıyır, nəinki xəbərdaredici hadisələrin xarakteri kimi. Bir sıra səbəblərə görə hökumət sistemli institusional dəyişikliklərə hazır deyildir. Aydındır ki, köhnə model özünü tükətmiş, ancaq yeni bir inandırıcısı da yoxdur. Amerikanın hər şeyə görə günahkar olması hekayələri, ətrafımızda düşmən halqa qurub, biz də mühasirədəki  qalayıq,  diz üstündən ayağa qalxırıq, bütün digər sevinclər və kədərlər  artıq arzuolunan təsiri vermir. Beşinci kalonun iqtisadiyyatımızı pozmasına isə, ümumiyyətlə  inanmaq mümkün deyil.
Bir çoxları ölkənin inkişaf etdiyini düşünürdü. Lakin gözləmə gecikdi, amma insanlar  indi də burda yaşamaq istəyirlər. Amma  təklif olunananlar  ya yüksək səsli şüarlardır, ya da kosmetik tədbirlərdir. Dövlət  Şurasının yeni formatları və ya”Vahid Rusiya”nın kadr dəyişməsi Rusiyanı həqiqətən rəqabətə necə cəlb etmək və necə sürətli inkişafı təmin etmək məsələsinə cavab vermir. Hətta, mən sıçrayış deyilən şeydən danışmıram. Çünki sıçrayış bu günə bağlı çox qəribə bir sözdür.

- Bəs, ictimai şüur necə dəyişə bilər?

- Prezident kampaniyası zamanı sosial nikbinlik yayıldı. Bir çoxları fikirləşirdi ki, əgər bu böhrana biz Putinlə birgə girmişiksə onunla da çıxmalıyıq. O bizi vəziyyətdən çıxaracaq , o nə edəcəyini bilir, onun proqramı var. Gözləntilər yerinə yetirilmədi. Nəticə isə,rekord bir şəkildə kapital axını, sosial rifahın azalması və gələcəklə bağlı pessimizmin artması oldu. Biz artıq öz həyatımızı  90-cı illərdə olanlarla müqayisə etmirik. Son 20 il üçün əsas istəklər çox dəyişdi, yeni, tamamilə fərqli bir nəsil böyüdü. Onlar üçün məqsəd- yalnız əmək haqqı deyil, ətraf mühit, təhlükəsizlik, normal sağlamlıq, təhsil, özünü reallaşdırma və səyahət qabiliyyətidir.
Elə şeylər var ki, insanları açıqca qıcıqlandırır.  Çoxları fikirləşir ki, biz kastaların mövcud olduğu korporativ cəmiyyətdə yaşayırıq. Bəyan olunduğu kimi qanun qarşısında bərabərlik yoxdur. İqtisadi inkişafın olmaması (real gəlir artımı, sərvət, həyat standartları) ilə çarpan ədalətsizlik hissi bir qar topası təsiri bağışlayır. Buna görə, bu gün ən böyük tələb - ədalət və hörmət tələbidir. Bir də, bərabərlik tələbi var. Sözün ən geniş mənasında ilk növbədə imkan bərabərliyi. İqtisadi bərabərsizliyə dözümlü olmağa hazırıq, xüsusilə məlum olanda ki, pul sahibi  onu təmiz yolla qazanıb. Əgər pul vəsaitlərinin mənbəyi çox aydın deyil və müəyyənləşdirəndə ki, bu natəmiz yolla əldə edilib, o zaman qıcıqlanmamaq mümkün deyil. Azadlıq məkanının, imkan yollarının daralması heç də az rahatsızlıq yaratmır. Uzun müddətdir sabitlik anlayışı bir sistem yaratma kimi qəbul edildi. İndi bu söz daha az səslənir, bu da qıcıqlara səbəb olur. Nəyin sabitliyi? Durgunluğun? Əvvəla,  bu əhaliyə olan etibarsızlıqdır. Nə üçün seçkilərə hər cür maneələr  qoyulur? Ona görə ki, vətəndaşlara güvənilmir, inam yoxdur. Onlara seçim imkanı verin. Olmadıqca, nəticədə, anti-elit əhval-ruhiyyə artır.

- Bundan nəticə çıxarmaq olarmı ki, müxalif əhval-ruhiyyə artır?

- Bizim müxalifətin əsas problemi nədir? Müxalifət Putinin etdiyi hər şeyi inkar edir. Putin onlar üçün şər mənbəyidir.  Biz onun üçün səs verdik, ona dəstək verdik.  Amma indi müxalifətin köməyi olmadan da belə bir şey var ki, hər şey sona çatır. Putin artıq o Putin deyil. Ölkənin daxili inkişafı ilə bağlı onun bütün və ya təxminən bütün imkanları  realizasiya olunub. Bu gün,prezidentin istismar müddətinin bitdiyini düşünən insanların sayı çoxalıb.  Havada həyəcan və qorxu verən bir şey uçur. Düşünürəm ki, Putinin özü bunu yaxşı bilir. O, həqiqətən böyük  siyasətçidir. Ancaq son illərdə yaxşılığa doğru bir dəyişiklik olmur.
2014-cü ildən sonra hər şey pisləşməyə doğru gedir. Biz hələ də bir otokratik ölkədə yaşamağımıza  baxmayaraq , "çar yaxşıdır, boyarlarsa pis" sxemi artıq işləmir. Xəttin yerini dəyişmək  kömək etmir. Bu yaxınlarda indiyədək ümumiyyətlə olmamış bir şey baş verdi. Çoxluq hələ də Putinə dəstək verməyə davam etdi, çünki alternativi yoxdur. 
 Problem ondadır ki,  sistemsiz müxalifət hələ də bu məsələdə parçalanır. Müxalifətin əhəmiyyətli bir hissəsi hələ də hesab edir ki, seçkilər boykot edilməlidir , seçkinin dəyişiklik üçün bir vasitə olmadığına inanır. Amma hakimiyyət növbəliliyini və dəyişikliyi tam olaraq seçkilər  təmin etməlidir. Mən inkişafın təkamül yolunun tərəfdarıyam və düşünürəm ki, hakimiyyət məsələsi küçədə  həll olunmamalıdır. Üstəlik, baş verən əsas inqilab, insanların şüurunda yaranacaq  inqilabdır. Etiraz əhval-ruhiyyəsindən  etiraz aksiyalarınadək böyük məsafə var.  İnsanlar  deyəndə ki, etirazlara hazırdır, bu hələ o demək deyil ki, sabah onlar meydanlara axışacaq. Çünki onlara deyiblər ki, mitinqlərlə heç bir şey həll olunmur,  orda beşinci kalon yığışır, mitinqlər ölkənin  düşmənlərinin maraqlarına işləyir, ümumiyyətlə mitinqə  çıxmaq təhlükəlidir. Onlar həbs edə bilər, cərimələyər, başına dubinka  vurarlar. 

- Bəs, Navalnının rolunu necə görürsünüz?

- O, əlbəttə ki, hamıdan, hətta fiziki olaraq  çox yaşamağa ümid edir. Və hakimiyyətin reytinqi nə qədər aşağı olacaqsa, onun reytinqi bir o qədər artacaq. Lakin onun rolu hələ də keçir. O müxalifətin İoann Predteçasıdır( Xristianlıqda Məryəm anadan sonra üstün tutulan şəxs, İusus Xristosun gəlməsini xəbər verən-tərcümə) .

- Onun ardınca "Məsihin gələcəyini" gözləmək lazımdırmı?
 
- Onun ardınca kimin gələcəyini bilmirəm.  Amma, Ermənistanı nümunə göstərmək olar. Paşinyan az tanınmış siyasətçi idi, amma indi nə oldu. Moskva və ya Kazan erməniləri ilə danışın. Hamısı Paşinyana heyran qalıb. Seçkilərdə partiyası səslərin 70 faizindən çoxunu qazanıb. Bir neçə il əvvəl onu kim tanıyırdı? Baxmayaraq ki, Ermənistanın da öz müxalifəti var idi.

- Putin 2024-cü ildən sonra ölkəyə nəzarət  edəcəkmi? Yoxsa daha əvvəl çıxıb gedəcək?

- Etiraf edirəm ki, Putin 2024-cü ildən əvvəl gedə bilər, lakin o, ölkəni idarə edəcək. Bu açıq-aydın görünür və başqa cür də ola bilməz. Hiss olunur ki, o artıq yorulub. O özü artıq istirahət etmək və ölkəni etibarlı  əllərə vermək istəyir. Sual - Kimin? Bu şəxs üçün imkan dəhlizi necə olacaq?
Putin əsas mənəvi avtoritet olaraq qalacaq, milli lider və real idarəetmənin bütün iplərini əlində tutacaq.  Bu ola bilərmi? Hipotetik olaraq - bəli. Yaşayarıq, görərik.

- 2019-cu ildən nə gözləmək olar? Hakimiyyət bizə hansı sürprizlər  hazırlayır?

- Bədbinlər deyirlər ki, bundan da pis ola bilməz. Və nikbinlər deyirlər: "Olar" . Mən nikbinəm.

Tərcümə etdi: İlham İsmayıl
Tarix: 13-01-2019, 08:32
Xəbəri paylaş





Xəbər lenti