AŞ PA-nın qış sessiyası Azərbaycanla bağlı müzakirə ilə başlayacaq

Fazil Mustafa: “Mehman Hüseynovla bağlı  məsələdə Azərbaycan adının hallandırılması yolverilməzdir”

Yanvarın 17-də Strasburqda AŞ PA-nın qıs sessiyasının plenar iclasında blogger Mehman Hüseynovla bağlı məsələ qaldırılacaq. Bu barədə “Turan”a AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennax məlumat verib.

Gənc bloggerin məsələsinin qış sessiyasının ilk iclasındaca müzakirəyə çıxarılmasının Azərbaycanla Avropa Şurası arasındakı əlaqələrə kölgə salacağı ehtimal edilir. Bundan əlavə, M.Hüseynov məsələsinin bu şəkildə şişməsinin və ölkə iqtidarının başağrısına çevrilməsinin kimlərə sərf etdiyi yönündə müxtəlif mövqelər səslənir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bunları dedi: “Bu məsələ gündəlikdə yoxdur. Ola bilsin ki, kimlərsə iclasda qaldıra bilər. Bu məsələ qaldırıldıqda işin real vəziyyəti ilə bağlı Azərbaycan nümayəndə heyəti yəqin ki, orada sənədlər götürəcək. Mehmanın imzaladığı sənəd var ki, aclıq etməyib. Cinayət işinin açılması o demək deyil ki, hansısa bir məsuliyyətdir, burada onun  məsuliyyətə cəlb olunması nəzərdə tutulub. Bu məsələ də müzakirə oluna və cinayət işinin təqib olunması onlar tərəfindən gerçəkləşdirilə bilər. Nümayəndələr gəlib görüşürlər, işin halları ilə tanışdırlar. Ona görə də buna xüsusi əlahiddə məsələ kimi baxmaq doğru deyil. Hələ ki cəza verilməyib, hansısa bir prosedura işlənməyib. Hər zaman bunun tərəfdarıyam ki, haqlı və ya haqsız, hansısa bir məsələ bəhanə verirsə, məsələnin üzərinə bu şəkildə getmək olmaz.

Fazil Mustafa ile ilgili görsel sonucu

Ayrı-ayrı məmurların yaratdığı problemin Azərbaycan adına mənfi yük gətirməsinə yol vermək olmaz. Mehman Hüseynov məsələsinə gəlincə, adam cəzasını çəkir. Hansısa bir şəkildə bunu bu qədər gündəmə gətirməyin, onu məşhurlaşdırmağın, yaxud da onun ölkəyə hər hansı bir problem yaratmaq üçün bu tərzdə əlavə tədbirlərin görülməsinin fəsadları ortaya çıxır. Ümumiyyətlə, bunları müəyyən dərəcədə məhdudlaşdırmaq lazımdır. Belə məsələlərdə Azərbaycan adının hallandırılmasının yolverilməz olduğunu qəbul etməliyik. Bu tipli məsələlərdə daha həssas davranmaq lazımdır. Əgər əsaslı deyilsə, hansısa bir cinayət işi, yaxud ölkə üçün hər hansı bir problem yaradırsa, bunun belə formada ölkəmizə problem yaratmasına imkan vermək lazım deyil. Hesab edirəm ki, bu məsələnin artıq üzərində düşünülür. Anlayışlı davranış sərgilənəcəyini düşünürəm. Tamamilə unudulmuş Mehman Hüseynovu qəhrəmana çevirmək üçün sanki kimlərsə hakimiyyət daxilində xüsusi bir istək ortaya qoyurlar. Buna nə ehtiyac var? Heç xatırlayan var idi ki, Mehman Hüseynov haradadır? Kimdir? Nə işlə məşğuldur? Yaxud həbsxanadan buraxılan onlarla adam var, hanı onların adı, izi? Bu şəxslər həbsxanada qəhrəmana çevriliblər. Kimlərsə sanki həbsxanada qəhrəman yaratmaq istəyirlər. Özü də maraqlıdır ki, sanki bunu iqtidar içərisində etməyə çalışırlar. Bu qəhrəmanları yaradıb neynirsiniz? Sizin nəyinizə lazımdır? Bu adamlar azadlıqda olanda nələrsə dəyişəcəkmi? Xüsusi bir əlahiddə istedad adamlarıdırmı? Bu məsələlərə bir az tənqidi yanaşmaq lazımdır. Biz gedək Qarabağ məsələsi ilə məşğul olaq, ciddi problemlərimizi gündəmə gətirək. Azərbaycana ittihamedici əsaslar verən addımlardan yayınmağımız lazımdır ki, ölkənin imicinə zərər gəlməsin”.

Ä°lgili resim

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mövcud vəziyyətdən təəssüfləndiyini dilə gətirdi: “Mehmandan öncə yaşlı bir insana - Əli İnsanova, onun da ardınca AXCP fəalı Məmməd İbrahimə əlavə maddələrlə cinayət işi açılıb. Təəssüflər olsun ki, artıq bu hallar Azərbaycanda ənənə halını almağa başlayıb. Bütün bunlara nə gərək var? Hər kəs Mehmanı müdafiə edir. Çünki o gəncdir, siyasi bir lider deyil. Önəmli bir yazısının olduğunu da deyə bilmərəm. Sadəcə, yaxşı fotoreportyordur. Gənc olan bu insanın bütün həyatı sındırılıb. Vaxtilə ”Maqnitski siyahısı" var idi. Orada sanksiyaların tətbiqi nəzərdə tutulurdu. Bu işə görə çoxsaylı insanlar həbs olunub. Mehman ədalətsiz yerə həbs edilən və bu şəkildə də həbs müddəti uzadılan şəxslərdən biridir. Çoxsaylı gənclərin  bu şəkildə həyatları puç olub. Onlar azadlığa çıxıb nə edə bilərdilər ki, bu şəkildə həbsxana həyatı yaşamağa məcbur ediliblər? Onlar cəmiyyət üçün də ziyanlı deyillər ki... Bu, Azərbaycan üçün çox ciddi bir məsələdir. Mehman məsələsinin bu qədər böyüməsi bir çox mətləblərdən xəbər verir. Kimlərsə deyir ki, qrant üçün bu məsələ bəzi şəxslər tərəfindən böyüdülür. Kimdir ondan ötrü qrant verən?  Biz puldan daha çox imicimizi düşünməliyik. Təəssüflər olsun ki, xoş olmayan imicə doğru gedirik. Ona görə də AŞ PA-nın ilk sessiyaya Mehmanın məsələsi ilə başlamasını qınamıram. Azərbaycan bu məsələni mütləq həll etməlidir. Açığı Mehman məsələsinin AŞ PA-nın qış sessiyasının ilk iclasında müzakirə olunmasının Azərbaycanla Avropa Şurasının əlaqələrinə zərbə vuracağını düşünmürəm. Azərbaycan hökuməti keçən illər ərzində kifayət qədər təcrübə toplayıb. Düşünürəm ki, gərginlik istəməyən Azərbaycan tərəfi müəyyən addımlar atmalıdır. Gərginliyin olmaması Azərbaycan hökumətinin atacağı müdrik addımlardan asılıdır".


“Yeni Müsavat”

Tarix: 16-01-2019, 09:13
Xəbəri paylaş





Xəbər lenti