Tramp ABŞ-ı NATO-dan çıxara bilər - “Nyu-York Tayms”dan ​​​​ SENSASİON İDDİA

  “Nyu-York Tayms” qəzeti ölkə prezidenti Donald Trampın ABŞ-ı NATO-dan çıxara biləcəyini iddia edib. NATO-nu boşuna vaxt və pul israf etdirmək üçün qurulan bir təşkilat kimi qiymətləndirən Trampın istədiyi zaman təşkilatdan çıxmaq cəhdi edə biləcəyi iddia edilir.
“Nyu York Tayms” qəzeti Vaşinqtonun Kolumbiya dairəsindəki milli təhlükəsizlik əməkdaşlarının Donald Trampın hər an ABŞ-ı NATO-dan çıxara biləcəyi qorxusu ilə yaşadıqlarını yazıb.
2018-ci il iyulun 11-də NATO sammitindən əvvəl milli təhlükəsilik müşavirlərinə Şimali Atlantika Müqaviləsi İttifaqının (NATO-nun) mənasız olduğunu, ABŞ-ı boş yerə vaxt və pul xərcləməyə məcbur elədiyini söyləyən Tramp bu fikrini dəyişməyib.
“Nyu-York Tayms” yazır: “Ötən il prezient Tramp NATO-nun çökməsi demək olacaq bir həmlə təklif elədi. O, ABŞ-ın İttifaqdan çıxmasını istəyirdi”.
Hurriyyet.org
Tarix: 16-01-2019, 09:36
Xəbəri paylaş





Xəbər lenti