“Ruspərəst diplomatlarımız dəvəquşu kimi hərəkət edir” – Babacanyandan şok siyahı


“Ruspərəst diplomatlarımız dəvəquşu kimi hərəkət edir” – Babacanyandan şok siyahı





“Bəzi ölkələrdəki Ermənistan səfirləri Rusiyanın maraqlarına xidmət edirlər”.

Bunu Ermənistan parlamentinin deputatı Armen Babacanyan deyib.

Deputata görə, şübhəli bioqrafiya və keçmişə malik olan insanlar məqsədyönlü şəkildə səfir təyin ediliblər.

Babacanyan Ermənistan üçün ən təhlükəli səfirin Andranik Manukyan (Ukrayna) olduğunu bildirib:

“Məlumatlara görə, bu adam uzun illər Ermənistanın yerinə Rusiyanın maraqlarına xidmət edib. Ukraynadakı səfirimiz Kremlin dostudur və tarixi rəsm əsərlərini oğurlayıb satmaqla məşğuldur. Bu yöndə onun Rusiya ilə işbirliyi var. Əminəm ki, bu səfir Ermənistan-Ukrayna münasibətlərini də poza bilər”.

Armen Babacanyan Ermənistanın Gürcüstana səfir təyinatı ilə bağlı məsələ ətrafında yaranmış biabırçılığa da diqqət çəkib:

“Sergey Minasyan Gürcüstandakı səfir postundan uzaqlaşdırıldı. O, bir müddət boşda qaldı. Lakin sonradan Rumıniyaya səfir göndərildi. Bu da, Rumıniya və Rusiya arasındakı gərgin münasibətlərə görə idi.

Gürcüstana təyin edilmiş yeni səfir Qagik Beqlaryan da, keçmiş hakim partiya Respublikaçıların üzvüdür. O, ayrı-ayrı ölkələrdə Rusiyanın diplomatik missiyalarını yerinə yetirən şəxsdir. Rusiya son illərdə Avropada siyasi problemlərlə üzləşib. Buna görə də, erməni diplomatlardan istifadə edir”.

Deputat Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın da, Moskvaya bağlı şəxs olduğuna diqqət çəkib:

“Bu adam 1992-ci ildən bu günədək Ermənistanda yaşamayıb. Buna görə də, Rusiyada Ermənistanın maraqlarını müdafiə etmir. Toqanyanın səfir təyin edilməsi Serj Sərkisyanın və rus müttəfiqlərinin planı idi”.

Babacanyan Ermənistanın ABŞ-dakı diplomatik missiyasından da şikayətlənib:
“ABŞ-dakı diplomatik missiyamız haqda da xoşagələn fikir deyə bilmirəm. Amerikadakı erməni diplomatları dəvəquşu kimi hərəkət edirlər. Ölkənin yeni hakimiyyəti də, ABŞ-dakı problemlərimizi həll etmək yerinə, kifayət qədər passiv olan Qriqor Hovannisyanı ora səfir göndərdi. ABŞ-dakı konsulluqlarımız da yatırlar”. \\Teleqraf.com

Tarix: 16-01-2019, 20:37
Xəbəri paylaş





Xəbər lenti