Deputat Məlahət İbrahimqızı:"Rusiya XİN-dəki bəzi ermənipərəstlər ikitərəfli münasibətlərə kölgə sala bilməyəcəklər"



“Əslində Rusiya Xarici İşlər Nazirliyində (XİN) çalışan bəzi ermənipərəst diplomatlar bilməlidirlər ki, belə yanaşmaları ilə Rusiya və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli münasibətlərə kölgə sala bilməyəcəklər. Çünki hər iki ölkənin xalqları arasında olan tarixi dostluq və səmimi qonşuluq münasibətləri bu gün prezidentlər, cənab İlham Əliyev və Vladimir Putin tərəfindən dövlət siyasəti ilə yüksək səviyyədə davam etdirilir”.
Bu sözləri hakim Yeni Azərbaycan Partiyası Siyası Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Strateq.az-a Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Maria Zaxarovanın məlum bəyanatlarına münasibət bildirərkən deyib.
Deputat sual edir ki, Rusiya XİN-nin bəzi diplomatlarının erməni əsilli Rusiya vətəndaşlarını həyəcanlı müdafiəsini səmimi və ədalətli hesab etmək və ya inanmaq olarmı? “Görəsən, onlar əslən Azərbaycandan, Qarabağdan olan Rusiya vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiəsi ilə bağlı İrəvana nə qədər təzyiq edirlər? Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlməsinə etiraz edən Azərbaycan ictimaiyyəti, bir milyon qaçqın və köçkünlər rus diplomatlarına sual edir, nədən, Dilqəm Əsgərov və Şahbaz Quliyevin bir neçə ildir ki, erməni vandalların əsirliyində qalmasına etiraz etmirsiz?”.

Siam.az
Tarix: 21-01-2019, 07:30
Xəbəri paylaş





Xəbər lenti