Avropa Birliyi Skripal olayına görə sanksiyaları təsdiqlədi –Rusiya və Suriya təşkilatlarına və rəsmilərə qadağalar qoyuldu



Avropa Birliyinin xarici işlər nazirləri kimyəvi silah hücumlarında əli olmaqda şübhəli bilinən Suriya və Rusiya vətəndaşlarına və qurumlarına hədəfli sanksiyaları təsdiqləyib.

Strateq.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, yanvarın 21-də nazirlər dörd rusiyalı, beş suriyalı və Suriyanın bir təşkilatına qarşı aktivlərin dondurulması və viza qadağasını təsdiqləyib. Tam siyahının bu gün açıqlanacağı gözlənir.

Bu sanksiyalar Suriya hökumətinin kimyəvi silahlardan istifadə iddiaları ortaya çıxınca, rusiyalı keçmiş casus Sergey Skripal və qızının ötən ilin martında İngiltərənin Solsberi şəhərində sinir qazıyla zəhərlənməsinə görə tətbiq edilir.

AB səfirləri yanvarın 16-da sanksiyaları təsdiqləyib, onların Rusiyanın dörd hərbi kəşfiyyat zabitinə hədəfləndiyini bildirib. Britaniya kəşfiyyatı onların Skripala hücumda əli olduğunu müəyyənləşdirib. Onlardan ikisi Aleksandr PetrovRuslan Bəşirov adları olan pasportlardan istifadı edərək Britaniyada olmuşdular.

“Bellingcat” müstəqil araşdırma təşkilatı bu iki nəfərin Aleksandr MişkinAnatoli Çepiga olduğunu, hər ikisinin Rusiyanın GRU hərbi kəşfiyyat idarəsi üçün çalışdığını müəyyənləşdirib. Ancaq onlar GRU-da çalışdıqlarını, Skripal hücumunda əli olduqlarını danıblar, di gəl, hadisə baş verən zaman Solsberidə olduqlarını boyunlarına alıblar.

Britaniya hakimiyyəti Skripallara hücumda istifadə olunmuş sinir qazıyla daha iki britaniyalının zəhərləndiyini, onlardan birinin iyulda vəfat etdiyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə yeni sanksiyaları əhəmiyyətli saymır. O deyib ki, Britaniya Mişkin və Çepiganın hücumda əli olmasına dair sübut ortaya qoymayıb.

Tarix: 21-01-2019, 21:23
Xəbəri paylaş





Xəbər lenti