Davosdan İrəvana Qarabağ çağırışı - “İşğala son qoyularsa...”


Qafqazın ən üzücü münaqişəsinin həlli yönündə daha bir cəhd; Ermənistan blokadanı yarmaq istəyirsə...; politoloq: “Qarabağ konflikti həll edilməmiş Paşinyanın islahatları baş tutmayacaq...”

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki ənənəvi Davos Forumu çərçivəsində görüşüblər. Yayılan məlumatlara əsasən, bu il üçün ilk təmas sayılan görüş qeyri-formal atmosferdə baş tutub və 1 saat yarım çəkib. Əsas müzakirə mövzusu təbii ki, Dağlıq Qarabağ məsələsi olub.

Qeyd edək ki, bu, Ermənistanda 8 may “məxməri inqilab”ı nəticəsində baş vermiş hakimiyyət dəyişikliyindən sonra iki ölkənin rəhbərləri arasında sayca üçüncü qeyri-formal görüş idi. Bundan əvvəl analoji təmaslar Düşənbədə və Moskvada reallaşmışdı. Düşənbə görüşü zamanı tərəflər  bəzi şifahi anlaşma da əldə eləmişdi.

“Yeni Müsavat” xatırladır ki, Davos görüşündən təxminən bir həftə əvvəl - yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə bir araya gəlmiş, 3 saat sürən müzakirələrdən sonra “xalqları sülhə hazırlığın zəruriliyi” barədə bəyanat vermişdilər. Azərbaycan prezidenti isə Davos görüşündən öncə Rusiya KİV-ə müsahibəsində demişdi ki, iki ölkə rəhbərləri arasında indiyədək tam formatda görüş olmasa da, bəzi faydalı söhbətlər olub.        

*****

Davosda Ä°lham Æliyev vÉ PaÅinyan arasında ile ilgili görsel sonucu

İlham Əliyev və Paşinyan arasında növbəti qeyri-formal görüş konfliktin həlli yönündə real dönüşə təkan verməsə də - bu, gözlənilmirdi də - tərəflər arasında etimad atmosferi yaratmaq baxımından pozitiv qiymətləndirilir. Əsas hədəf əlbəttə ki, problemin həllini yaxınlaşdırmaqdır ki, bu da müstəsna olaraq, yeni erməni hökumətinin Qarabağ məsələsində nə dərəcədə konstruktiv mövqe tutacağından asılı olacaq. Bu konstruktivlik isə ilk növbədə ağır blokada şəraitində olan Ermənistana, həmçinin öz xalqına köklü iqtisadi islahatlar və rifah vəd eləmiş baş nazir Nikol Paşinyana gərəkdir.

Diqqətçəkicidir ki, Azərbaycanın dövlət başçısı görüşdən az əvvəl Dağlıq Qarabağ məsələsi ilə bağlı rəsmi Bakının mövqeyini, vəziyyətdən real çıxış yolunu bir daha həm rəsmi İrəvanın, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.

“Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”. Bu sözləri İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində deyib.

Davosda Ä°lham Æliyev müsahibÉ ile ilgili görsel sonucu

“Mən əminəm ki, bu, bizim 20 ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən və 25 il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi. Yəni enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı  olub-olmayaraq” - İlham Əliyev qeyd edib.

*****

Politoloq Arzu NaÄıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev bu xüsusda hesab edir ki, hazırkı vəziyyətdə Nikol Paşinyan üçün əsas məsələ iqtisadi problemlərin həllidir (teleqraf.com). Lakin onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti ilə xarici ölkələrdəki erməni diaspor təşkilatları arasında narazılıqlar var. “Əsas məqsəd ölkəyə investisiya cəlb etmək və iqtisadiyyatı dirçəltməkdir. Paşinyan isə bunu edə bilmir. Çünki Azərbaycandan təzyiqlər və bu təzyiqlərdən doğan faktorlar var”, - deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, Paşinyan Ermənistanda iqtisadi rifaha nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıdır: “İlk növbədə bu münaqişə həll olunmalıdır. Digər qonşu dövlətlərlə də münasibətlər qaydasında deyil. Donald Tramp Paşinyana təbrik məktubunda da təxminən belə bir fikir irəli sürdü ki, qonşu dövlətlərlə sülh içində yaşasanız, bir dövlət kimi yaşayacaqsınız. Hazırkı situasiyada isə Ermənistan İran və Rusiyadan asılı vəziyyətdədir, Türkiyə kimi böyük bir güclə sərhədləri bağlıdır, Azərbaycanla müharibə şəraitində yaşayır. Bütün bu məsələlər həll edilməmiş islahatlardan danışmaq mümkün deyil. Bu vəziyyətdə də, o, iqtisadi problemləri həll etməlidir. Əgər Paşinyan vəd etdiyi islahatları həyata keçirib iqtisadi problemləri həll edə bilməsə, bu, Ermənistan daxilində vəziyyəti gərginləşdirəcək”.

*****

Davosdan Ermənistanın yeni rəhbərliyinə verilən Qarabağ mesajının əsas leytmotivini də əslində elə bu təşkil edir. Yəni Ermənistan, nəhayət, inkişaf eləmək, əhalisi rifaha qovuşmaq və Rusiyanın vassal asılılığından xilas olmaq istəyirsə, o zaman öncə işğal siyasətinə son qoyub öz qonşusu Azərbaycanla münasibətləri qaydaya salmalıdır.

Azərbaycanla əlaqələrin normallaşması isə avtomatik şəkildə digər mühüm qonşu - Türkiyə dövləti ilə də siyasi-diplomatik əlaqələrin normala düşməsi və Ermənistanın nəqliyyat, kommunikasiya blokadasından qurtulmasına gətirəcək. Bunun xaricində Nikol Paşinyan daxildə heç bir islahat həyata keçirə, ermənilərə verdiyi vədlərini tuta bilməz. Odur ki, seçim ilk növbədə onundur...  

Siyasət şöbəsi 

 

Tarix: 24-01-2019, 09:39
Xəbəri paylaş





Xəbər lenti