"The Washington Post": Əsl narazılıq Azərbaycanda yox, Ermənistanda müşahidə olunur

 Siam.az  Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Vüqar Qurbanovun "The Washington Post" qəzetinə ünvanladığı məktubunda deyilir.
Məktubda qeyd olunur: "Regionumuzda baş vermiş son hadisələrdən əldə olunan maraqlı dərs ondan ibarətdir ki, Azərbaycan daimi tənqidlərə məruz qaldığı bir vaxtda, məhz qonşu Ermənistanda militarist hökumətə qarşı narazılıq yaranırdı. Bununla belə, bir çox ekspertlər diqqətlərini Azərbaycana yönəldir və Ermənistanda rejimin dəyişməsinə səbəb olmuş illərin narazılığını diqqətə almırdılar".
Mehman Hüseynovla bağlı vəziyyətə gəldikdə isə, məktubda qeyd olunur ki, o, aclıq aksiyası keçirməyib və bir sıra avropalı rəsmi şəxs bunun şahidi olub:
"Bundan başqa, digər məhbusların da aclıq aksiyası keçirdiyi barədə sübutlar yoxdur. Mehman Hüseynov bir müddət əvvəl şəxsən Prezident İlham Əliyevə müraciət edib və işi ilə bağlı daha dəqiq araşdırma aparılmasını xahiş edib. Ona qarşı bütün cinayət işlər dayandırılıb".
Siam.az
Tarix: 26-01-2019, 11:11
Xəbəri paylaş





Xəbər lenti