ABŞ-a ULTİMATUM, 5 ölkədən İŞĞAL PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 Ermənistan mediasında Türkiyənin Naxçıvana hərbi baza yerləşdirə biləcəyi haqqında iddialar səsləndirilir. Vaşintonun Suriyanın şimalında bufer zona ilə bağlı tətbiq etmək istədiyi plan dərc edilib. ABŞ və Rusiyanın İraq uğrunda mübarizəsi güclənir. Rusiya şantaj cəhdləri rejimində Orta və kiçik mənzilli raketlərinin ləğvi haqqında Müqavilə barədə danışmağın mümkün olmadığını ABŞ-a çatdırıb. Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb.
Ermənistan mediasında Türkiyənin Naxçıvana hərbi baza yerləşdirə biləcəyi haqqında iddialar səsləndirilir. Bu iddialar fonunda Ermənistanda ciddi narahatlıqlar yaranıb. “Verelq” saytı yazır ki, Türkiyə bu addımı atarsa, Ermənistan üçün ciddi problemlər yaranacaq.
“Azərbaycan fəal şəkildə silahlanır, Qarabağ münaqişənin hərbi yolla həlli variantı daim masanın bir kənarında gözləyir. Əgər problem sülh yolu ilə həll olunmasa və ərazilər qaytarılmasa, o zaman döyüş başlanacaq. Naxçıvan müharibədə Ermənistana zərbə endirmək üçün əla cəbhə ola bilər”, - deyə sayt yazıb.
Saytın analitikləri qorxularını açıqlayır və qeyd edirlər ki, Qarabağda müharibə başlasa, Naxçıvan cəbhəsi Ermənistanın arxasındakı “Troya atı” ola bilər: “Azərbaycan bütün strateji yolları nəzarətdə saxlayır və döyüş zamanı erməni hərbi birləşmələrini bir-birindən asanlıqla ayıra bilər. Digər tərəfdən, İrəvan da Azərbaycanın Naxçıvanda yerləşdirdiyi ağır artilleriyanın hədəf mənzilindədir”.
ABŞ-ın “Wall Street Journal” nəşri Vaşintonun Suriyanın şimalında bufer zona ilə bağlı tətbiq etmək istədiyi planı dərc edib.
İdlibin Suriya hökumətinin tabeliyinə keçməsi qonşu ölkələrin də xeyrinə olar. Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. O bildirib ki, böyük qismi Nüsrə Cəbhəsinin əlində olan İdlibdəki durumu uzun müddət “dondurmaq” mümkün deyil:
“Terrorçuların olduğu yerdəki durumu uzun müddət “dondurmaq” mümkün olmaz. Mövqeyimiz dəyişməz olaraq qalır. Ölkənin şimal-şərqi və şimal-qərbi hökumətin nəzarətinə keçməlidir”.
Dünyanın bir çox nöqtələrində toqquşan ABŞ və Rusiya İraq uğrunda da döyüş aparır. ABŞ-ın Yaxın Şərqdə zəifləyən mövqeləri fonunda Rusiya İraqda gücünü artırır.
“ABŞ-ın istehsalına start verdiyi “W76-2” nüvə başlığı nüvə müharibəsinin başlanma riskini artırır”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bu mövzuya Vaşinqtonun nüvə siyasətinin ötənilki versiyasında yer verildiyini xatırlatmaq istəyirəm. O zaman belə sözügedən silahın nüvə müharibəsi riskini artıracağına dair narahatlıqlarımızı dilə gətirmişdik. Moskva Avropa ölkələrinin “W76-2”nin istehsalına necə reaksiya verəcəyini müşahidə edəcək. Çünki keçmişdə Avropa ABŞ-ın təktərəfli qəbul etdiyi qərarlara könüllü və ya könülsüz şəkildə dəstə verirdi. Vaşinqtonun Avropaya hansı rol verdiyi və Avropanın hansı rolu oynamağa hazır olduğu böyük əhəmiyyət daşıyır”,- Lavrov bildirib.
Rusiya şantaj cəhdləri rejimində Orta və kiçik mənzilli raketlərinin ləğvi haqqında Müqavilə barədə danışmağın mümkün olmadığını ABŞ-a çatdırıb.Bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ dövlət katibinin müavini Andrea Tomsonla görüşün nəticəsinə görə bildirib.
“Biz Amerika tərəfinə dedik ki, Rusiya ilə şantaj cəhdləri ilə danışıq aparmaq mümkün deyil”, - o deyib.
ABŞ yeni nüvə silahının işlənilməsiylə məşğul olmur və bu sferada yeni hədəflərə can atmır. Bunu Pekində nüvə beşliyinin iclasında çıxışı zamanı ABŞ Dövlət katibinin müavini Andrea Tomson deyib.
“ABŞ gərək müasir, elastik və dayanıqlı nüvə silahlarına sahib olsun. Bu o demək deyil ki, ABŞ yeni nüvə silahı yaradır və ya yeni nüvə hədəflərinə can atır. Bizim belə işlərlə əlaqəmiz yoxdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ Soyuq müharibə zamanından bu yana nüvə potensialını 88%-ni azaldıb.
ABŞ Prezidenti Donald Trampın nüvə zərbəsinin endirilməsi ilə bağlı hüququnun məhdudlaşdırılması yönündə bu həftə ABŞ Konqresində iki təklif irəli sürülüb. Bu barədə qanun layihəsinin müəllifləri məlumat yayıb.
Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb. Bu haqda NDR teleradio şirkəti bildirib.
Beş ölkənin ordusu Sudanın paytaxtı Xartuma hərəkət etmək üçün lazımı vaxtı gözləyir. Bu haqda Sudanın kəşfiyyat şefi Salah Abdullah Quş bildirib.
“Sudanda özlərinə müqavimət göstərəcək kimsənin qalmaması üçün xaos, qarət və ölüm hadisələri ilə ölkəni məşğul edən 5 ordu Xartuma doğru irəliləmək üçün uyğun vaxtın gəlməsini gözləyir”, - o, Sudan Təhlükəsizlik Təşkilatının 42-ci məzuniyyət mərasimində çıxışında deyib.
Lakin o, sözügedən 5 ölkənin adını çəkməyib.
Ömər Dağlı
Tarix: 31-01-2019, 23:47
Xəbəri paylaş





Xəbər lenti