Elxan Şahinoğlu: “Paşinyan münaqişənin həlli istiqamətində addım atmasa...”


Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyanın Köln şəhərində erməni icmasının nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi etiraza səbəb olub.

 “Azərbaycan güzəştlərə hazır olub-olmadığını bəyan etməyənə qədər Ermənistan bu barədə suala cavab verməyəcək. Anlamıram niyə Qarabağ münaqişəsinin nizamlanmasında güzəştlər məsələsini hər vaxt Ermənistandan soruşurlar. Kim deyir ki, Ermənistan bu məsələdə mövqeyini birinci açıqlamağa borcludur? Niyə heç kim Azərbaycandan qarşılıqlı güzəştlərə hazır olub-olmadığını soruşmur?” deyə, o bildirib.

Erməni baş nazirin “Qarabağ klanı”nın əlinə fürsət verməmək üçün də belə açıqlamalar verdiyi ehtimal edilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin Elxan Şahinoğlu “Yeni Müsavat”da məsələyə bu cür mövqe sərgilədi: “Nikol Paşinyan açıqlama verdi ki, sülh əvəzinə, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq. Buna cavab olaraq Azərbaycan XİN bəyanat yaydı ki, Paşinyanın mövqeyi danışıqlara ziddir. Çünki bütün həll planlarına görə Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməlidir. Demək, Paşinyanın mövqeyində dəyişən bir şey yoxdur. Bu arada, o bir neçə ay əvvəl Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı xəbərdar etmişdi. Paşinyan Saakyana demişdi ki, Dağlıq Qarabağdakı separatçılar Ermənistanın daxili işlərinə qarışmasınlar, Paşinyan Saakyana bu sözləri həm İrəvanda, həm də Xankəndində demişdi. Buna baxmayaraq, separatçılar Paşinyanın xəbərdarlığına diqqət yetirmirlər. Məsələn, ”Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının katibi" Vitaliy Balasanyan keçən həftə erməni saytlarından birinə müsahibəsində deyib ki, eks-prezident Robert Köçəryanın hakimiyyəti devirmək maddəsi ilə ittiham olunması doğru deyil. O belə sual səsləndirib: “Hakimiyyətdə olan şəxs hakimiyyəti necə devirə bilər?”

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Balasanyan baş nazir Nikol Paşinyanı misal gətirərək, “bu ona bənzəyir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün hakimiyyətə qarşı çıxır”. Göründüyü kimi, separatçıların təmsilçisi Paşinyana təzyiq edir, baş nazirin siyasətinin əleyhinə çıxır. Vitaliy Balasanyan Paşinyanın rəqiblərinə açıq dəstək verir. Vitaliy Balasanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə imzaladıqları bəyanatda “xalqları sülhə hazırlamaq lazımdır” müddəasını da anlamadığını bu sözlərlə ifadə edib: “Sülh sazişi olmadan xalqları barış necə hazırlamaq olar?”. Göründüyü kimi, Xankəndi danışıqların hazırki gedişindən də narazıdır. Əslində Balasanyan lideri Bako Saakyanın düşündüyünü deyir. Paşinyan separatçılara növbəti dəfə cavab verməlidir. O, Xankəndindən ona qarşı uzanan ittihamlara reaksiya bildirməsə onun rəqibləri daha da fəallaşacaqlar. İrəvanla Xankəndi arasındakı mübahisə Bakıda diqqətlə izlənilməlidir. Çünki separatçıların məqsədi Paşinyanın mövqelərini zəiflətməkdir. Bu didişmədən faydalanmaq lazımdır. Əlbəttə Paşinyanın yerinə “Qarabağ klanının” hakimiyyətə gəlişi xeyrimizə deyil. Ancaq bu o demək deyil ki, Paşinyanın sərsəmləmələrinə göz yummalıyıq. Paşinyan bir neçə ay ərzində münaqişənin həlli istiqamətində addım atmasa, Azərbaycan ordusu yenidən sözünü deməlidir".

Ä°lgili resim

Politoloq Əhəd Məmmədli Paşinyanın çıxışlarında Kremlin əlinin olduğunu düşünür: “Paşinyanın Ermənistanın əvəzinə, Azərbaycanın güzəştlərə getməsini bəyan edir. Üstəlik də deyir ki, Qarabağın müqəddəratını həll etmək üçün ətraf işğal edilmiş 5 rayonu da azad etməyəcək. İşğal edilmiş digər iki rayon Kəlbəcər və Laçından söz belə açmır. Həm Paşinyan, həm də onun xalqının güzəştə getməyə məcbur edilməsinin yeganə yolu Azərbaycan ordusudur. Ermənistana eyforiyadan ayılmaq üçün soyuq bir duş lazımdır bunu da ancaq Azərbaycan əsgəri edə bilər. Bu çıxış daxili auditoriyaya da hesablana bilər, amma Paşinyan xarici qüvvələrə arxayın olmasa idi, bu cür cəsarətli, danışıqları pozan çıxışlar etməzdi. Daha doğrusu, Paşinyan Rusiyaya bu qədər güvənməsəydi, Azərbaycanla açıq qarşıdurmaya getməzdi. Bu da o deməkdir ki, Azərbaycan bu məsələdə Rusiyaya qətiyyən güvənməməlidir”.

Æziz ÆlibÉyli ile ilgili görsel sonucu

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hərbi əməliyyatların başladılmasından söz açdı: “Qarabağla bağlı məsələ növbəti dəfə başqa bir siyasi qüvvə tərəfindən istismara hazırlanır. Mən bilmirəm artıq danışıqlarla bağlı hansı müsbət tendensiya müzakirə edilib və gələcəyə yönəlik ümid dolu bəyanatlar vermək indiki halda nə qədər doğrudur. Qarabağ məsələsi həmişə Ermənistandakı siyasi həyatın əsas ilhamvericisi olub. İndi də o cür davam edir. Paşinyan düzdü, İlham Əliyevlə müxtəlif qeyri - siyasi formatda görüşüb. Hər iki ölkədə ”Sülh əvəzinə ərazi" ideyası müzakirə edilir. Lakin heç kimə detal məlum deyil. Üstəlik, bu, daha çox Paşinyanin ölkədaxili siyasi gedişinə hesablanmış açıqlamalardır. Artıq daha əminliklə demək olar ki, Dağlıq Qarabağ ətrafında formalaşan Rusiya, ABŞ marağı Ermənistanın boyunu aşıb. Bu güclər heç də Qarabağın Azərbaycana qaytarılmasında maraqlı görünmür. Belə olan halda Paşinyan olmasın, X siyası iradə olsun, nəticə görməyəcəyik. Qarabağ məsələsi Paşinyana imkan verəcək ki, rəqiblərinə qarşı total hücumlar edib , onları  sıradan çıxarsın. Artıq birmənalı şəkildə düşünmək olar ki, Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Həm də antiterror əməliyyatına. Heç bir danışıqlar prosesi, güzəştli bizi qane etmir. Ərazi işğal altında qalıb, bir milyon məcburi köçkün var. Qaçqın şəhərciklərində artıq böyüyən neçənci nəsil var. Bu qədər müharibə abı-havasında davam edən, tərbiyə edilən sosium da problemin əsasən də müharibə yolu ilə həllini tələb etməkdədir. Və bu tendensiya, çağırış artıq artmaqdadır. Ona görə düşmən ölkədə olanları, siyasi münasibəti gündəmdən çıxarmağımız və ordu yeritməyimiz lazımdır".


Tarix: 2-02-2019, 09:54
Xəbəri paylaş





Xəbər lenti