Türkiyənin yaxın dostu və düşməni kimdir? - Sorğu


Türkiyə Sosial-Siyasi Meyllər Araşdırması adı altında aparılan sorğunun nəticələrinə görə 2018-ci ildə Türkiyənin ən yaxın dostu və müttəfiqi olan ölkə 63,6 faiz səslə Azərbaycan, ikinci və üçüncü isə ardıcıl olaraq Şimali Kipr Türk Cümhuriyyəti və Pakistan olub.

Qaynarinfo xəbər verir ki, araşdırma Türkiyənin Kadir Has Universitetinin professoru Mustafa Aydının rəhbərliyi altında ekspert qrupu tərəfindən aparılıb. Sorğu nəticələrinə görə Türkiyənin düşmənləri sırasında isə ilk pillədə 81,9 faiz səslə ABŞ, ikinci yerdə isə 63,3 faiz səslə İsrail qərarlaşıb.

Araşdırma Türkiyənin bölünmə təhlükəsinin olub-olmaması, ölkədə dini meyllərin artıb-artmaması, siyasi proseslər və s. istiqamətlərdə də aparılıb.

Tarix: 2-02-2019, 21:09
Xəbəri paylaş





Xəbər lenti