MAKRONDAN QALMAQALLI QƏRAR: qondarma “erməni soyqırımı” gününü elan etdi

 Fransa prezidenti Emmanuel Makron 1915-ci il hadisələrinin ildönümü olan 24 apreli “Erməni soyqırımının xatirəsi günü” elan elədiyini açıqlayıb.
Makron da Donald Tramp kimi qalmaqallı açıqlamasını “Tvitter”də verib. Fransa 2001-ci ildə qondarma “erməni soyqırımı”nı tanımışdı. Makron isə 2017-ci il prezident seçkiləri zamanı 24 apreli “soyqırımın xatirə günü” kimi qəbul edəcəyini bildirmişdi.
Markton “Tvitter”dəki hesabında belə yazıb: “Fransa tarixlə üzləşir. Gələcək bir neçə həftə içərisində söz verdiyim kimi, 24 apreli erməni soyqırımının xatirə günü elan edirik”.
Bu açıqlamanı verməzdən əvvəl, dünən axşam Makron Erməni Təşkilatları Koordinasiya Şurasının tədbirində çıxış edən Makron 1915-ci il hadisələrini “Osmanlı imperatorluğunda yaşayan ermənilərin amansızlıqla öldürülməsi” adlandırıb.
Makron bu addımla əlaqədar Türkiyə prezidenti R.T.Ərdoğana əvvəlcədən məlumat verdiyini bildirib və deyib: “İŞİD-ə qarşı mübarizə, insan hüquqları və vətəndaş azadlıqları ilə yanaşı, soyqırım məsələsində də Türkiyə ilə fikir ayrılıqlarımız var”.
Makron Ankara ilə dialoq kanallarını açıq saxlamaq istədiyini də bildirib.
Hurriyyet.org
Tarix: 6-02-2019, 13:50
Xəbəri paylaş





Xəbər lenti