ABŞ XİN-in göstərdiyi xəritədə Türkiyə ikiyə bölündü! - Çavuşoğlu: “QORXUNC XƏTADIR”

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ xarici işlər naziri Mayk Pompeonun Veneseuela məsələsində ABŞ-ı dəstəkləyən ölkələri göstərdiyi dünya xəritəsində Türkiyənin ikiyə bölünməsi ilə bağlı suala cavab verib. Çavuşoğlu deyib: “Texniki, lakin qorxunc bir xətadır”.
Nazir ABŞ-ın paytaxtı Vaşinqtona səfərindən sonrakı mətbuat konfransında Pompeo ilə naharda görüşdükləri zaman xəritə məsələsindən danışdıqlarını deyib: “Barəsində danışdığınız o xəritədə sadəcə Türkiyə ilə bağlı deyil, başqa ölkələrlə də bağlı çox ciddi xətalar edilib. Bu gün ABŞ XİN səfirliyimizə də yazılı şəkildə müraciət edərək, xəritədəki digər ölkələrin də sərhədlərində çox ciddi xətalar edildiyini bildirib. Təbii ki, biz bu xəritəni görüncə etirazımızı bildirdik, yoldaşlarımız dərhal işə başladılar və səfirimiz Sərdar bəy də həmin məlumatları verdi. Kanada da daxil olmaqla, xətalar edilib. Texniki səhvdir, lakin qorxunc xətadır”.
Hurriyyet.org
Tarix: 7-02-2019, 23:50
Xəbəri paylaş





Xəbər lenti