Çin Ermənistanın "acığı"na Qarabağa bir neçə milyardlıq investisiya qoymağa hazırlaşır...




Çin Ermənistanın
Çin ikinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda elmi texnoloji layihələrin (smart -ağılli şəhər yaratmaq üçün) maliyyələşdirilməsi məqsədi ilə 15 milyard dollarlıq sazişə imza atmışdı. Ermənistan kimi xırda bir ölkə üçün bu çox böyük məbləğdir, yəni Ermənistanın 5 illik büdcəsidi. Əsas hədəf isə Azərbaycanın işğal altında olan zəngin yataqları idi. Bu torpaqlar geri qaytarılan kimi Çin bütün digər dövlətlər kimi  Ermənistanla əməkdaşlığı ləngitdi, demək olar ki, dayandırdı.
 
Azərbaycan həmin bu məbləğin bir neçə qatını cəlb edə bilər, çünki, Çin buna çox maraqlıdı. Dörd əsas amili nəzərə almaq lazımdır:
 
1-smart şəhərlər üzrə Çin dünya birincisidi,
2-Cinin böyük miqdarda investisiya imkanı var (iki trilyon dollardan çox),
3- xaricdə investisiyalarin genişləndirilməsi Çinin dövlət siyasətidir,
4-Zəngəzur dəhlizi Çin üçün Avropa bazarına çıxış üçün, böyük sanksiyalardan azad, ən optimal və təhlükəsiz yoldur (İran və Rusiya daha sərt və  böyük sanksiyalar daşıyıcısı olmağa hazırlaşır).  
 //www.worldconstructiontoday.com/.../china-to.../#
 
Saleh Məmmədov,
Sabiq maliyyə naziri, iqtisadçı professor

Tarix: 6-06-2021, 10:47
Xəbəri paylaş





Xəbər lenti