Ərdoğan və Baydenin görüşü müsbət nəticələr verəcək



AXCP sədri Əli Kərimli
Təxminimiz özünü doğrultdu. Ərdoğan-Bayden görüşü çox yaxşı keçdi. İlk açıqlama Baydendən gəldi. “Ərdoğanla çox yaxşı görüş keçirdik” dedi. Ərdoğan isə görüşdən sonrakı mətbuat konfransında “hörmətli Baydenlə son dərəcə yararlı və səmimi bir görüş oldu” dedi. Ərdoğan Baydeni köhnə dost, ABŞ-ı isə müttəfiq, strateji tərəfdaş adlandırdı. Ən vacibi isə Türkiyə prezidenti Ərdoğan “ABŞ-la aramızda həll olunmayacaq məsələ yoxdur” dedi.
Beləliklə, ABŞ-Türkiyə müttəfiqliyi daha da güclənəcək. ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyəni hərbi, siyasi və iqtisadi baxımdan daha da gücləndirəcək. Həm dünya miqyasında, həm də regionumuzda qardaş ölkənin nüfuzu daha da artacaq. ABŞ prezidenti Bayden Türkiyə ilə münasibətləri yoluna qoymaqlaTürkiyənin nüfuzlu olduğu böyük bir coğrafiyada ABŞ-ın və bütövlükdə Qərbin mövqeyini daha da gücləndirdi. Böyük yeddilər sammiti, ABŞ-AB sammiti, NATO sammiti və Türkiyə prezidenti ilə ayrıca görüş dünyanın demokratik düşərgəsinin yenidən toparlanmasına səbəb olacaq.
Azərbaycan baxımından bu gün əldə olunan nəticələr çox pozitivdir. ABŞ liderliyində Türkiyənin də daxil olduğu böyük Qərb Cənubi Qafqazda daha da fəallaşacaq. Rusiyanın regiondakı mövqeyi zəifləyəcək. Azərbaycanın hazırkı əsas müttəfiqi olan qardaş Türkiyənin mövqeyi daha da güclənəcək. Azərbaycanın Qərbə açılımı və ərazi bütövlüyünün də gerçək təmin olunması üçün tarixi fürsətlər yaranacaq.
Tarix: 15-06-2021, 09:28
Xəbəri paylaş





Xəbər lenti