“Putin Köçəryanla yox, Ərdoğanla dostluğa üstünlük versə, hər şey yaxşı olacaq...”

“Putin Köçəryanla yox, Ərdoğanla dostluğa üstünlük versə, hər şey yaxşı olacaq...”
“Möhtəşəm Şuşa Bəyannaməsindən sonra Güney Qafqazda hər kəs, yəni bu regionda marağı olan hər bir güc konkret tərəfini seçməlidir...”
 
3 cümlə ilə bir “atəş”...
 
Azərbaycan və Türkiyə liderlərinin möhtəşəm Şuşa Bəyannaməsindən sonra Güney Qafqazda hər kəs, yəni bu regionda marağı olan hər bir güc konkret tərəfini seçməlidir: ya Allahın, Haqqın yanında olan Azərbaycan-Türkiyə tandeminin yanında, ya da təcavüzkar, terrorçu dövlət olduğunu son 33 ildə bütün parametrlərdə əyani şəkildə isbatlamış Ermənistanın və ona dəstək verəcək hansısa ədalətsiz olduğu qədər də sərsəm super dövlətin yanında...
 
Təbii ki, burada əsas müəyyənləşdirici faktor Rusiya və ABŞ-ın mövqeyidir, amma 44 günlük savaşdan sonrakı 10 Noyabr üçtərəfli razılaşmasının qarant tərəfi, Ermənistandakı hərbi bazanın və Azərbaycan ərazisinə “sülhməramlı” adı altında yeridilmiş hərbi gücün sahibi kimi  hazırkı durumda əsas söz sahibinin Kremlin olacağı şəksizdir...
 
Odur ki, əsas seçim edən də Ermənistan və Azərbaycanda “Köçəryanın dostu” kimi təbliğ edilən Rusiya lideri  Vladimir Putin olmalıdır; əgər o, ikiüzlülük etməyərək Xocalı qatili, terrorçu eks-prezident Robert Köçəryanla yox,  daim “sözünün üstündə duran, vəd etdiyini edən kişi siyasətçi” kimi təriflədiyi Türkiyə Prezidenti Ərdoğanla  və  Azərbaycan lideri İlham Əliyevlə dostluğu seçsə və eyni zamanda Paşinyanın hakimiyyətdə qalmasına dəstək versə, hər şey yaxşı olacaq, tezliklə Zəngəzur dəhlizi də açılacaq, “Stepanakert”  sözün əsl mənasında Xankəndi, “İvanyan”  Xocalı, “Mardakert” Ağdərə, “Martuni” Xocavənd olacaq...
 
Sultan Laçın    

Tarix: 17-06-2021, 10:42
Xəbəri paylaş





Xəbər lenti