Unikal.org-a daxil olan məlumata görə, əsas məqsəd siyasi partiyaların fəaliyyətini gücləndirmək və siyasi prosesləri aktivləşdirməkdir. Bu səbəbdən də “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Əsas dəyişikliklərdən biri partiyaların qeydə alınmasında üzvlərin sayı məsələsidir.
Artıq bununla bağlı əksər siyasi partiyaların rəhbərliyinə məlumat verilib. Hətta bəzi üzvlərinin sayı az olan partiyalar birləşmək barədə də müzakirəyə başlayıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 56 qeydiyyatdan keçmiş partiya var. Yeni dəyişiklikdən sonra partiyaların sayının yarıya qədər endiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) qoşulublar.