Kreml: "Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlıları olmayacaq"


Kreml: "Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlıları olmayacaq"
Dmitri Peskov erməni mediasının iddiasını təkzib edib
 
İrəvan bundan əvvəl Sotk-Xoznavar hissəsində Rusiya sərhəd xidmətinin və ya ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin müşahidə qruplarının yerləşdirilməsini təklif etmişdi.
 
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında Moskvada keçiriləcək görüşlə bağlı açıqlama verib.
 
AYNA-nın xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, liderlərin danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı hansısa sənəd imzalanmayacaq.
 
"Xeyr, bu gerçəkliyə uyğun olmayan bir məlumatdır", deyə Rusiya Prezidentinin mətbuat katibi jurnalistlərə deyib.
 
Qeyd edək ki, Ermənistan mediası məlumat yayıb ki, Paşinyanla Putin arasındakı görüş zamanı müzakirə olunacaq məsələlərlə yanaşı, Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi variantına baxılacaq. İddia edilib ki, bu barədə sənəd imzalanacaq.
Tarix: 7-07-2021, 17:40
Xəbəri paylaş





Xəbər lenti