Rusiyanın Qafqazdan getməməsi üçün yeni planları


Rusiyanın Ermənistan-Azərbaycan sərhədində həyata keçirdiyi Tovuz təxribatı (12.07.2020) Azərbaycan Ordusunun şücaəti sayəsində Rusiya üçün hesablanmış nəticəni vermədi əksinə, Azərbaycan Ordusunun döyüş ruhunu və intiqam hissini artırmış oldu. Və nəticə etibarı ilə 44 günlük müharibədə qələbəmizin əsasını qoydu. 
Ancaq, Rusiya Azərbaycana qarşı ümumən rus imperialist strategiyasını dəyişdirmədən mərhələli şəkildə həyata keçirmək niyyətindən əl çəkməyib. Baxmayaraq ki, dünyada iqtisadi, siyasi və hərbi balans Rusiyanın əleyhinə dəyişib və Rusiya Qafqazda da yeni güclərlə hesablaşmaq məcburiyyətindədir. Dəyər və miqdarından asılı olmayaraq heç bir iqtisadi mənfəət hesabına Rusiya Türkiyə ilə Qafqaz məsələsində razılaşa bilməzdi. Rusiyanın Türkiyə ilə hesablaşması məhz Türkiyənin hərbi gücü və beynəlxalq nüfuzunun nəticəsidir. Qafqaz məsələsində Rusiya üçün heç bir iqtisadi əlaqələr önəmli deyil. Odur ki, bu gün Türkiyənin Qafqazda oturuşması ancaq və ancaq Türkiyənin hərbi, siyasi potensialının bəhrəsidir.
Hər bir halda Rusiya Qafqazdan getməməsi üçün uğursuzluğa uğrayan planlarından sonra yenisini işə salmaqda davam edir. 44 günlük müharibəyə qədər ki, vəziyyət Rusiyanın regionda mövcudluğuna təminat verirdi. Qarabağda Ermənistan sifəti ilə məğlub olan Rusiya həm ermənilərə, həm də azərbaycanlılara təsir imkanlarını qorumaq üçün sülhməramlı adı ilə "stavkanı" Qarabağdakı qondarma rejimə etdi ( rus dilinin rəsmiləşdirilməsi və Rusiya vətəndaşlığının yerli ermənilərə verilməsi). Hətta ruslar Qarabağdan getmək istəyən erməni əhalisini Laçın koridoru hesabına böyük oranı böyük həbsxanaya çeviriblər və artıq ermənilər ruslara icazə vermədiklərinə görə öz narazılıqlarını sosial media və şəbəkələrdə bildirirlər.
İyunun 15-də Türkiyə-Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa bəyannaməsinin imzalanması və Azərbaycan prezidentinin fərmanı ilə Xankəndi, Xocalı və Xocavəndi də Qarabağ iqtisadi rayonları tərkibinə qatması həqiqətəndə "Qarabağ konfliktinin” çözüldüyünü göstərir və rusların Qarabağda separatçı rejimə etdiyi "stavkanı" əhəmiyyətdən salır. Hal-hazırda da Rusiyanın regionda qalmasının, Ermənistana və Azərbaycana təsir imkanlarının qorunmasının yeganə yolu Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdir və hansı ki, Rusiya bu sərhəd məsələsini masştabından da böyük münaqişəyə, qarşıdurmaya çevirməyə olduqca maraqlıdır. Odur ki, sərhəd məsələsi Rusiyanın son şansı kimi, həm Ermənistana və həmdə Azərbaycana çoxlu sürprizlər vəd edir, sərhəddə yeni-yeni provokasiyaların artacağı şübhəsizdir. O ki, qaldı, mina xəritələrinə və erməni diversantları məsələsinə - Rusiyanın son dəyişmə prosesində iştirakı əlbəttə ki, gedən qatara minmək cəhdidir və bu Rusiyanın öz imicini qorumaq üçün ona verilmiş “jest”dən başqa bir şey deyil.
Azərbaycan prezidenti İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında fərmanı isə olduqca geniş siyasi, diplomatik və hərbi imkanlar yaradır. İlk növbədə Azərbaycanın siyasi və hərbi doktrinası kimi, yol xəritəsini müəyyən edir. Bu isə o deməkdir ki, Azərbaycan artıq kiminsə planlarının tərkibi yox, kimsə Azərbaycanın planlarının tərkibidir. Bu isə qüdrətli dövlət, qalib xalq faktorundan qaynaqlanan reallıqdır. Digər tərəfdən də Şərqi Zəngəzur iqtisadi rayonu Rusiyanın Ermənistana manipulyativ təsir imkanlar yarada bilər hansı ki, Ermənistanda seçkidə yenidən qalib gəlmiş Qərb yönümlü Paşinyan hakimiyyətinin Rusiya ilə daha ehtiyatlı davranmağını məcbur edir.
Vüqar Dadaşov – MCP-nin SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 8-07-2021, 16:56
Xəbəri paylaş





Xəbər lenti