Rus senator MDB-yə üzvlüyün Azərbaycan üçün faydasız bir boyunduruq olduğunu etiraf etdi


 
Rusiya Federasiyası Şurası Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini, senator Vladimir Cabarov Türk ordusunun Azərbaycanda yerləşdirilməsi barədə öz mülahizələrini bildirib.
 
Ovqat.com-un məlumatına görə, senator NATO ölkəsi olan Türkiyənin MDB üzvü olan Azərbaycan ərazisində hərbi baza quracağı təqdirdə, Rusiyada bunun son dərəcə mənfi qiymətləndiriləcəyini deyib.
 
O, həmçinin etiraf edib ki,  Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb: “Onun geosiyasi maraqları həmişə Rusiyanın və Qafqazdakı müttəfiqlərimizin maraqları ilə üst-üstə düşməyib”.
 
Cabbarov “Rusiya Türkiyəyə təzyiq göstərmək qabiliyyətinə malik olduğunu” bildirib. 
 
Rus hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ehtimalına da aydınlıq gətirən senator bunun yalnız hər iki ölkənin razılığı ilə həyata keçirilə biləcəyini deyib.
 
Göründüyü kimi, rus senator Azərbaycanın öz strateji müttəfiqi Türkiyə ilə bağladığı hərbi müqavilələrin tələblərini yerinə yetirmək qarşısında ən böyük əngəlin MDB-nə üzvlüyümüz olduğunu bəyan edir. Əgər belədirsə, Azərbaycan özü üçün heç bir işə yaramayan MDB üzvlüyü məsələsinə təcili baxmalı və qurumdan çıxmalıdır. Ən azı ona görə ki, rus yetkilisi “Türkiyənin geosiyasi maraqları heç vaxt Rusiyanın və Qafqazdakı müttəfiqlərimizin maraqları ilə üst-üstə düşməyib”, - deyərkən, açıq şəkildə Ermənistanla müttəfiq olduqlarına işarə edir və Azərbaycanı bu siyahıya saymır. O zaman biz niyə Rusiyanın liderliyi altında fəaliyyət göstərən MDB-dəyik?
 
Rəsmi Bakı rus senatoruna Azərbaycanın öz siyasətini Moskvanın qiymətləndirməsinə görə qurmadığını göstərməli və MDB-dən çıxmağa qərar verməlidir.
 
Tarix: 8-07-2021, 17:22
Xəbəri paylaş





Xəbər lenti