Yeni dünya nizamı qurulur: “Aİ münaqişənin yenidən qızışdırlmasında maraqlı deyil”


Yeni dünya nizamı qurulur: “Aİ münaqişinin yenidən qızışdırlmasında maraqlı deyil”

“Avropa İttifaqının Cənubi Qafqaz siyasəti postmünaqişə dövrünə əsasən reallaşır. Qarabağ münaqişəsinə son qoyulması Avropa İttifaqının regiona diqqətinin artmasını, xüsusilə Azərbaycanla əlaqələri yeni inkişaf mərhələsinə qaldırmaq strategiyasını ortaya qoyub”.
Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramına uyğun olaraq yeni əməkdaşlıq məhz postmüharibə dövrünə uyğun olaraq reallaşacaq:
“Məhz bunu Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyinin qeyd etməsi göstərir ki, Brüssel artıq münaqişənin bitdiyini qəbul edir.
Son bir ay ərzində Avropa İttifaqının rəsmilərinin regiona səfəri, Azərbaycanla əlaqələrə önəm verilməsi sıx siyasi-iqtisadi inkişaf prosesinin başlanmasına dəlalət edir. İkitərəfli əlaqələrin bu tempdə davam etməsi qısa bir müddətdə Azərbaycan və Avropa ittifaqı arasında çərçivə sazişinin bağlanmasına gətirib çıxaracaq. Avropa ittifaqı Qafqaz və Mərkəzi Asiyaya açılım etməklə Çinlə Rusiya üzərindən kənar iqtisadi-siyasi əlaqələr etdirəcək.
Bu da Azərbaycanın regionda nəqliyyat və logistika habı olaraq ittifaq üçün xüsusi əhəmiyyətini artıracaq. Bu da gələcəkdə ölkəmizə siyasi-iqtisadi dəstəyin verilməsi ilə nəticələnəcək.
Avropa İttifaqı məhz Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyi və buradan Mərkəzi Asiyaya açılım siyasətini həyata keçirməyi qarşısına məqsəd qoyub.
Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi Avropanın bu siyasətinin qarşısını almayacaq. Yeni dünya nizamı qurulur, beynəlxalq siyasi müstəvidə daşlar yerindən oynayır. Bu da hər bir regional və beynəlxalq gücün öz tərəfdaş seçməsinə, iqtisadi və logistika yollarına nəzarət etməsinə gətirib çıxarır. Bu xüsusda Avropanın şansı daha da yüksək görünür. Göründüyü kimi, Avropa İttifaqının bu siyasəti daha da çevik regionda real sülhün əldə edilməsinə töhfə verə bilər”.
Politoloq qeyd edib ki, xüsusilə Ermənistanda Paşinyan hakimiyyəti ilə sıx əməkdaşlıq formatı çərçivəsində Brüssel Ermənistanı 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edilməsi təşviq edə bilər:
“Çünki Zəngəzur dəhlizinin açılması Avropanın da maraqlarına uyğundur. Azərbaycanla Ermənistan arasında əlaqələrin bərpası, məhz Avropa İttifaqının strateji maraqarına cavab verir. Ona görə də ard-arda Avropa rəsmilərinin səfərləri buna dəlalət edir. Azərbaycanda Avropa İttifaqı ilə sıx əməkdaşlığı inkişaf etdirməklə, Rusiyanın və ABŞ-ın gündəmə daşıdığı Minsk qrupunun fəaliyyətinə, həmçinin onların iddia etdiyi"status"məsələsini netrallaşdıra bilər.
Avropa İttifaqı münaqişinin yenidən qızışdırlmasında maraqlı deyil. Ona görə də rəsmi Bakı İttifaqla çərçivə sazişininin bağlanmasını gecikdirməməli və Brüsseli Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərə cəlb etməlidir”.
Tarix: 12-07-2021, 17:43
Xəbəri paylaş





Xəbər lenti