Azərbaycan əhalisinin sayı açıqlanıb


Azərbaycan əhalisinin sayı açıqlanıb
Əhalinin ümumi sayının 53,0 faizini şəhər sakinləri təşkil edir
 
Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında əhalinin sayı 16 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 135 272 nəfərə çatıb.
 
Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Tarix: 15-07-2021, 14:48
Xəbəri paylaş





Xəbər lenti