SOCAR-ın 6 vitse-prezidenti işdən çıxarıldı



SOCAR-ın 6 vitse-prezidenti vəzifəsindən istefaya göndərilib.

Ovqat.com xəbər verir ki, bu məlumatı “Haqqin.az” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, istefaya göndərilənlər arasında Mikayıl İsmayılov, Tofiq İbrahimov, Xaliq Məmmədov və digərləri yer alıb. İstefaların SOCAR-dakı reformlar və restrukturizasiya ilə bağlı olduğu vurğulanıb.

Qeyd edək ki, ötən gün bu barədə yayılan məlumata SOCAR-ın cavabında bildirilmişdi ki, vitse-prezidentlər Prezident sərəncamı ilə təyin edilir və

onların işdən azad edilməsi də sərəncamladır. Buna baxmayaraq, vitse-prezidentlərin vəzifədən azad edilib-edilmədiyi nə təsdiq, nə də təkzib edilmişdi.



Tarix: 18-07-2021, 18:30
Xəbəri paylaş





Xəbər lenti