Qərbi Zəngəzur niyə bu qədər müzakirə olunur? Yoxsa...


Ermənistan bir proyekt kimi 1-ci Dünya Müharibəsi zamanı Antanta blokunun təkidi ilə tarixi Azərbaycan torpaqlarda yaradılıb. Məqsəd türk dövlətinə və ümumən türk etnosuna qarşı ermənilərdən istifadə etmək idi. 1915-ci il Osmanlı Türkiyəsi ərazisində saxta "erməni soyqırımı"nın yaradılması və təbliği bu məqsədin tərkib hissəsi idi. 
Sonradan sayı artan Antanta bloku tərkibinə ilk üçlük: Böyük Britaniya, Fransa və Rusiya daxil idi. Zamanımızda isə həmin bu dövlətlər Fransa istisna olaraq artıq fərqli düşünür və yeni siyasi kombinasiya üzərində işləyirlər. Proseslərin ardıcıllığı və analizi onu deməyə əsas verir ki, artıq Ermənistanın bir dövlət proyekti kimi istismar müddəti bitmək üzrədir.
Əvvəla 2-ci Qarabağ savaşında İngilislərin Birləşmiş Millətlər Təşkilatı (BMR) Təhlükəsizlik Şurasında (TŞ) VETO hüququndan istifadə edərək Azərbaycana ən yüksək siyasi-diplomatik dəstək verməsi, Rusiyanın müharibədə formal neytrallığı, Rusiyanın dirijoru olduğu hərbi blok Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müharibənin gedişinə Ermənistan tərəfindən müdaxilədən imtinası, Rusiyanın Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasında obyektiv mövqe tutması və bir sıra vacib olaylar Ermənistanın artıq yükə çevrildiyini və Rusiya bu yükdən xilas olmaq haqqında düşündüyünü göstərir.
Ermənistanda böyük narahatçılığa səbəb olan Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Zəngəzur haqqında açıqlaması, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə münasibətlərə dair yazdığı geniş məqalədə SSRİ dövründə Ermənistana verilmiş Azərbaycan torpaqlarının geri qaytarıla biləcəyinə dair açıq eyhamlar bütün erməni dünyasını qorxuya salıb. Mövzunu daha dərinləşdirmək məqsədi ilə bu arada da Rusiya Dövlət Arxivindən Qarabağ və Zəngəzur haqqında SSRİ-nin qurucusu Vladimir İliç Leninə 1920-ci il tarixli Teleqramın tirajlanması sözsüz ki, məqsədlidir.
Avropa İttifaqı (Aİ) prezidentinin həm Yerevana və həm də Bakıya səfər çərçivəsində Aİ-nın Ermənistana 2,6 milyard avro (5 milyard manat) kömək edəcəyini bildirdi. Sözsüz ki, acınacaqlı və böhranlı siyasi, hərbi, iqtisadı vəziyyətdə olan kiçik Ermənistan üçün bu rəqəm olduqca böyük rəqəmdir hansı ki, bu məbləğ az qala Ermənistan dövlət büdcəsinə bərabər səviyyədədir və qərb yönümlü Paşinyanın Rusiyadan tam üz çevirmək üçün geniş imkan yaradır. Təbii ki, Aİ-nın da Ermənistanda istəkləri var-Ermənistanı Rusiyadan qoparmaq. Yoxsa Aİ bu boyda məbləğdə yardımın mənasız və əhəmiyyətsiz yerə ayırmazdı. Ümumiyyətlə isə ermənilərin Avropaya inteqrasiyası erməni dövlətinin yox, erməni təfəkkürünün tələbinə çevrilib. Ona görə də Rusiya Ermənistanı cəzalandırmaq üçün elə özünün gündəmə gətirdiyi Qərbi Zəngəzurla cəzalandıra bilər. Həqiqətən Azərbaycan üçün çox əlverişli situasiya yaranıb-Azərbaycan Qərbi Zəngəzuru qaytartmağın astanasındadır. Artıq erməni biliciləri Ermənistanın öz taleyi barədə xorla haray salıblar.
Təbii ki, Ermənistanın tam məhvi o zaman mümkündür ki, türk rus uzunmüddətli müttəfiqliyi qurulsun və hansı ki, bu müttəfiqliyin reallaşması gözləniləndir. Hətta Rusiya Türk Şurasına müşahidəçi qismində qoşulmaq istəyir və bəzi məlumatlara görə də Azərbaycan da, Türkiyə də KTMT-na müşahidəçi qismində qoşula bilər. Bəzi erməni siyasətçiləri, biliciləri vəziyyətdən yeganə çıxış yolunu Rusiyanın tərkibinə qatılmaqda görürlər. Bu variant Rusiya üçün olduqca arzu olunandır. Ermənistan Qərbi Zəngəzurun itkisi qarşısında və erməni dövlətçiliyinin tam məhvi qorxusu şəraitində Rusiya tərkibinə qoşulmağı rəsmən istəyə bilər. Bu isə həm Rusiyanın, Azərbaycanın və Türkiyənin maraqlarına və müəyyən etdiyi strategiyasına tam uyğundur.
Vüqar Dadaşov
MCP-nin SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 18-07-2021, 18:32
Xəbəri paylaş





Xəbər lenti