Ermənistana 2,6 milyard, Azərbaycana isə 150 milyon? – Brüssel nə demək istəyir?


Ermənistana 2,6 milyard, Azərbaycana isə 150 milyon? – Brüssel nə demək istəyir?

Atlas Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Avropa İttifaqı prezidenti Şarl Mişelin tərəfkeşlik etdiyini bildirib.
Sfera.az xəbər verir ki, politoloq ittifaqın həm Azərbaycan, həm də Ermənistan üçün eyni münasibət sərgilmədiyini vurğulayaraq, təşkilatın ikitərəfli sülhü təmin etməli olduğunu xatırladıb:
"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bölgəyə səfəri başa çatdı. Şarl Mişelin Ermənistana səfəri və orada verdiyi açıqlamalar Azərbaycanda detallı şəkildə müzakirə olundu. Şarl Mişelin bölgəyə səfərindən öncə xəbər yayıldı ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avroluq yardım paketi ayrıacaq. Avropa İttifaqının Azərbaycana ayıracağı yardım paketi isə 150 milyon avrodur. Görünür, Brüsseldə hesab ediblər ki, müharibədən sonra əldən düşən Ermənistanın daha çox yardıma və maliyyə dəstəyinə ehtiyacı var, Azərbaycanın isə kifayət qədər maliyyə resursları olduğundan Bakıya xüsusi yardım paketinin ayrılmasına ehtiyac yoxdur. Halbuki, Brüsselə də bəllidir ki, Ermənistanın 30 il ərzində dağıtdığı ərazilərin bərpasına və yenidən qurulmasına ehtiyac var və Avropa İttifaqının bərpa çalışmalarına yardım paketi ayırlması Azərbaycanın maraqlarına uyğun olardı.
Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda Şarl Mişellə görüşdə Avropa İttifaqı Şurasının prezidentinə "Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim etdi. Avropa İttifaqı rəsmisinə əyani göstərildi ki, Brüssel əslində Qarabağın yenidən qurulmasına dəstək verməli və bununla Azərbaycanla əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldırmış olardı. Etmədilər". Politoloq rəsm Bakının Avropa İttifaqının İttifaqının digər vasitəçilik təşəbbüslərini qəbul etməyəcəyini deyib: "Brüsselin "balans” dediyi siyasət Ermənistanın bərpasını üstün tutur. Ancaq Brüssel hələ ki, sadəcə yardım vədi verib, maliyyənin nə qədərinin Ermənistana çatacağı və nə qədərinin Ermənistandakı layihələrə xərclənəcəyi bəlli deyil. Ona qalsa, Ermənistandan Avropaya daha yaxın Ukraynaya Brüsselin verdiyi vədlərin böyük hissəsi yerinə yetirilmədi və Ukrayna iqtisadiyyatı əvvəlkitək ağır günlərini yaşayır. Digər tərəfdən Brüssel Rusiyadan asılı olan Ermənistanın iqtisadi və sosial problemlərini həll etməklə hansı geosiyasi vəzifəsini yerinə yetirəcək ki? Ermənistan iqtisadiyyatı tamamən Rusiyaya bağlıdır. Brüssel bu bağlılığı öz xeyrinə dəyişə bilməyəcək. Belə çıxacaq ki, Brüssel Ermənistanın infrastrukturunu ona görə bərpa edəcək ki, Rusiya bu işə çox pul xərcləməsin. Bu isə Rusiya ilə sanksiyalar rejimində olan Avropa İttifaqının konsepsiyasına ziddir. Avropa İttifaqının bölgə sülhü üçün ən böyük xidməti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yardımı ola bilərdi. Avropa İttifarı Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdığı halda hər iki ölkənin də bir-birlərinin ərazi bütövlüklərini tanımasını təmin etməyə çalışmalıdır. Brüssel bunları etməyəcəksə, Bakı Avropa İttifaqının digər vasitəçilik təşəbbüslərini qəbul etməyəcək, əməkdaşlıq ticarət və enerji mövzularından kənara çıxmayacaq. Növbəti "hərbi əsirlər” əvəzinə mina xəritələri razılaşmalarının yerinə yetirilməsi üçün Brüsselin səylərinə ehtiyac yoxdur. Birinci təşəbbüsdən sonra bu məsələlərin həllində də Rusiya ön plana çıxıb". 
Tarix: 19-07-2021, 14:16
Xəbəri paylaş





Xəbər lenti